Əgər aktiv, ondan istifadə edən müəssisənin özü tərəfindən yaradılıbsa, o zaman 7 №-li Milli Mühasibat Uçotu Standartına müvafiq olaraq, onun ilkin dəyəri həmin aktivin yaradılmasınadək yenidən hesablanmış maya dəyəri hesab olunur.
Məsələn:
Əmlak şirkəti bir ticarət passajı tikərək onu pərakəndə satışla məşğul olan müxtəlif şirkətlərə icarəyə verir. Tikinti işləri 18 aydan 2 ilədək çəkir, yəni 2004-cü il iyulun 1-də başlayııb 2006-cı il iyunun 30-da tamamlanır. Ticarət passajının istismar müdəti 50 ildir.
Yaranan xərclər və həmin xərclərin yarandığı müddətlər: