İcarəyə verilən daşınmaz əmlak
Nəzərə almaq lazımdır ki, əgər daşınmaz əmlak əməliyyat icarəsi, yaxud maliyyə icarəsi əsasında saxlanılırsa, o zaman “İcarə üzrə” 14 №-li Milli Mühasibat Uçotu Standartı tətbiq olunacaqdır. Bu, aşağıdakı qaydada əhatə olunur.
Qeyri-monetar (qeyri-pul) məqsədləri ilə əldə olunan əmlak (barter və ya hökumət qrantı)
Əgər investisiya əmlakı barter nəticəsində əldə olunursa, o zaman həmin əmlakın dəyəri təhvil verilən əmlakın ədalətli dəyərinə bərabər götürülür. Nəzəri cəhətdən, əgər əmlaklardan heç birinin ədalətli dəyərini hesablamaq mümkün olmazsa, o zaman ilkin tanıma təhvil verilən əmlakın ilkin dəyəri əsasında aparılır. Təcrübədə bu, effektiv azalan mövqe hesab olunur, çünki əmlakı “alan” alıcının hesabatlarında həmin əmlakın dəyərinin olmamasının göstərilməsi arzuolunmazdır. Bu barədə 6 №-li Milli Mühasibat Uçotu Standartında məlumat verilir.
Əmlakın hökumət qrantı hesabına əldə olunmasına gəldikdə isə, “Hökumət subsidiyalarının və dövlət yardımı üzrə” 17-ci №-li Milli Mühasibat Uçotu Standartında ilkin hesablamaların ədalətli dəyər əsasında aparılması tələb olunur. Ədalətli dəyərin konsepsiyası “Ədalətli dəyər üzrə” 26 №-li Milli Mühasibat Uçotu Standartında göstərilir. Bununla belə, qısaca olaraq, 26 №-li Milli Mühasibat Uçotu Standartında belə bir ideya dəstəklənir ki, bazar aktivlər (və passivlər) üçün yaradılır, burada onlar bir biri ilə əlaqəsi olmayan və öz mənafeyinə xidmət edən şəxslər tərəfindən alınıb satıla bilər. Buna ən uğurlu misal olaraq, hər hansı əmtəə birjasını (məsələn, neftin, misin, buğdanın və s. satışı üzrə) göstərmək olar – burada həmcins mallar satılır və bu malların satışı heç bir zaman görüşmək imkanı olmayan şəxslər tərəfindən kompüter ekranları vasitəsi ilə aparılır.
Növbəti mərhələdə, o qədər də həmcins olmayan və fiziki və ya hüquqi şəxslər tərəfindən nisbətən nadir hallarda satılan malları, məsələn, işlənmiş minik və ya yük maşınlarını misal göstərmək olar. Bazarı təşkil etmək üçün həmin mallar bura böyük miqdarda gətirilir, amma ümumilikdə, həmin mallar həmcins deyil – məsələn, minik maşınının çeşidləri, yaxud yük maşınının qət etdiyi məsafə müxtəlif ola bilər.
Üçüncü mərhələdə bir-birinə bənzəməyən malları, məsələn, sənət əsərlərini misal göstərmək olar – Mona Lizanın yalnız bir rəsmi unikal sayılır. Bu cür mallar üçün bazar mövcud deyil və onlar yalnız hərracda satışa çıxarıla bilər. Bu zaman onların dəyərini ekspert müəyyən etməlidir, amma təcrübə göstərir ki, bu cür müəyyənləşdirmə ehtimala əsaslanır və çox vaxt yanlış olur.
Dostları ilə paylaş: |