Azərbaycan respubliкasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti faкüLTƏ: «Uçot-iqtisad»



Yüklə 94,46 Kb.
səhifə2/29
tarix10.01.2022
ölçüsü94,46 Kb.
#108627
1   2   3   4   5   6   7   8   9   ...   29

2-İNVESTİSİYALARIN TƏSNİFATI



İnvestisiya növləri

1. Ümumi 2. Portfel tipli investisiya qoyuluşu 3. Tək və çox məqsədli 4. Sektorlara görə


5. İstehsal və qeyri-istehsal təyinatlı 6. Zamana görə 7. Asılı olduqları fəaliyyət sahələrinə görə  8. Xüsusiyyətlərinə görə

1. ÜMUMİ SİNİFLƏNDİRMƏ


a) Daxili investisiya; ölkə daxilindəki vətəndaşların hüquqi və fiziki şəxs kimi fəaliyyət göstərmələridir. Kapital isə tamamən bu şəxslərə aiddir.
b) Xarici investisiya; ölkəyə xarici vətəndaşlar tərəfindən gətirilən kapital və bunların vasitəsilə investisiya fəaliyyətinin həyata keçirilməsidir.
Bu tip kapital qoyuluşları, sadəcə sənaye və ya xidmət sektoruna aid olan investisiyalardır. Burada investisiya riski çox böyükdür.

2. PORTFEL TİPLİ İNVESTİSİYALAR


Kapital qoyuluşunun birdən çox istehsal və xidmət sektorlarına aid olduğu investisiyalara portfel tipli investisiyalar deyilir.
"Portfel" - qiymətli kağızlar ilə digər aktivlərin alınmasını təmsil edir. "Portfel" - əmanətçinin konkret investisiya məqsədinə nail olmaq üçün müxtəlif investisiya dəyərlərinin vahid toplusudur. "Portfel"ə birtipli qiymətli kağızlar (səhmlər) və ya müxtəlif investisiya dəyərləri (istiqraz kağızları, əmanət və depozit sertifikatları, girov şəhadətnamələri, sığorta vəsiqəsi və s.) daxil ola bilər."

3. İSTEHSAL VƏ QEYRİ-İSTEHSAL TƏYİNATLI SİNİFLƏNDİRMƏ


a- İstehsal təyinatlı (Real investisiya) - avadanlıq, bina, ərazi, sosial-mədəni fəaliyyətlər və s. misal göstərmək olar.
b- Qeyri - istehsal təyinatlı (Maliyyə investisiyası) - Spekulyasiya məqsədi və ya spekulyasiya məqsədi olmayan investisiyalara bölünürlər.
1 — Sabit təsisatlar üçün nəzərdə tutulan investisiya (Ərazi və bina, dəzgah və digər təchizatlar, köməkçi hissələr, nəqliyyat vasitələri və s.),
2 — Depolar: (Xammal, ehtiyat materiallar və hissələri, təmir işləri üçün hissələr və s.),
3 — Maddi olmayan investisiyalar: (İdarə və təşkilati xərclər, işçi personalın tədrisi, kəşflər və s.),
4 — Elmi-texniki tədqiqat işlərinə aid olan investisiyalar:
5 — Texniki məqsədli: (layihə xərcləri, yeniliklər və s.),
6 — Müştərək fəaliyyətlərə aid olan investisiyalar,
7 — Ticarət məqsədli investisiyalar.

4. ZAMANA GÖRƏ SİNİFLƏNDİRMƏ


Kapital qoyuluşu müəyyən zaman müddətini əhatə edir. İnvestisiyaların hansı zaman müddətində həyata keçəcəyi layihələndirmənin əsas məsələlərindən biri sayılır:
a) Qısa müddətli kapital qoyuluşu
b) Orta müddətli kapital qoyuluşu
c) Uzun müddətli kapital qoyuluşu

5. ASILI OLDUQLARI FƏALİYYƏT SAHƏLƏRİNƏ GÖRƏ SİNİFLƏNDİRMƏ 


İnvestisiya layihələri digər layihələrdən asılılıq vəziyyətinə görə də sinifləndirilir.
a) Asılı olan kapital qoyuluşu
b) Asılı olmayan kapital qoyuluşu 
Asılı olmayan layihə, eyni tipli və ya müxtəlif tipli digər layihələrin hansı vəziyyətdə olmasından (mənfəəti, riski və s.) asılı olmayaraq qəbul edilir. Asılı olan layihənin müvəffəqiyyəti isə digər layihələrin vəziyyətindən asılı olur.

6. MƏNFƏƏT - XƏRC MÜDDƏTİNƏ GÖRƏ SİNİFLƏNDİRMƏ


"F və V.Lutz kimi iqtisadçılar investisiyanı əldə edilən mənfəət ilə çəkilən xərclərin zamana görə sinifləndirilməsi kimi göstərmişlər." Çəkilən xərclər ilə mənfəət bir il və ya bir neçə ilə başa gələ bilər.Investisiya qoyuluşu iqtisadiyyatın sahələri üçün yeni qurğuların, alət və cihazların, texnoloji proseslərin, istehsal korpuslarının və s. yaradılmasını və tətbiqini əhatə edən uzun müddətli bir prosesdir. İnvestisiya qoyuluşu əsaslı tikinti, elmi-tədqiqat, təcrübi konstruktor işləri kimi uzunmüddətli layihələrin yaradılması və həyata keçirilməsi deməkdir. Bu işin ilkin mərhələsi maliyyələşmədir.

Investisiya qoyuluşu (uzunmüddətli layihələr) iki : daxili və xarici mənbələr hesabına maliyyələşdirilir. Uzunmüddətli layihələri maliyyələşdirmək zəruriliyi yarandıqda firmalar maliyyələşdirmənin daxili və xarici mənbələrini əlaqələndirməyə cəhd göstərirlər.

Investisiya qoyuluşunun maliyyələşdirməsinin iki daxili mənbəyi vardır :

1. İnvestisiyalaşan mənfəət

2. Aktivlərin realizasiyası


Yüklə 94,46 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin