Əgər bir investisiya) əmlakına ədalətli dəyər modeli tətbiq olunursa, o zaman həmin model eyni səbəblərdən bütün investisiya əmlaklarına da tətbiq edilməlidir (bu, 7 №-li Milli Mühasibat Uçotu Standartında yenidən qiymətləndirməyə aid edilən və müəyyən səviyyəyə malik aktivin yenidən qiymətləndirilməsinin digər səviyyəli aktivlərin də yenidən qiymətləndirilməsini zəruriliyini nəzərdə tutan tələbinə bənzərdir).
Əgər aktivlər qrupunda (İnvestisiya əmlakı) həm ilkin dəyər, həm də ədalətli dəyər əsasında qiymətləndirilmiş qarışıq aktivlər varsa, o zaman yaranan ümumi dəyərin heç bir mənası yoxdur. Çünki aktivlərdən neçəsinin ilkin dəyər, neçəsinin isə ədalətli dəyər əsasında qiymətləndirilməsini təyin etmək qeyri-mümkündür.
Misal “Turan” şirkəti son 10 il ərzində 6 ədəd investisiya əmlakı əldə etmişdir – bunlar haqqında təfsilatlı məlumat aşağıda göstərilir: