Aktiv
|
Əldə olunduğu il
|
Qiyməti
|
Ədalətli dəyər
|
|
|
|
|
1
|
2006
|
350,000
|
375,000
|
2
|
2004
|
500,000
|
700,000
|
3
|
2004
|
200,000
|
650,000
|
4
|
2002
|
150,000
|
450,000
|
5
|
1999
|
100,000
|
50,000
|
6
|
1997
|
250,000
|
900,00
|
|
|
|
|
Totals
|
|
1,550,000
|
3,125,000
|
İki ümumi dəyərin hər ikisi bəzi lazımi məlumatlar verir, amma bu məlumatlar həm ilkin dəyər, həm də ədalətli dəyər əsasında hesablanmış aktivlərə aid olduqda yekun məlumatın son nəticədə nəyi əks etdirməsi aydın olmur. 2-ci, 4-cü və 6-cı aktivlər ilkin dəyəri ilə, digər aktivlər isə ədalətli dəyəri ilə göstərilirsə, o zaman mühasibat balansındakı qeyd 1,975,000 manat məbləğində göstərilir. Tikinti haqqında təfsilatlı məlumatlara bələd olmadan bu rəqəmin heç bir mənası yoxdur. 2-ci, 4-cü və 6-cı aktivlər ədalətli dəyərdə, digər aktivlər isə ilkin dəyəri ilə göstərilirsə, o zaman yenə də başqa bir mənasız yekun məbləğ alınır – 2,700,000 manat.
26 №-li Milli Mühasibat Uçotu Standartında ədalətli dəyərin tətbiqi haqqında geniş təlimatlar göstərilir və investisiya əmlakının ədalətli dəyərinin hesablanmasında bu standartın bütün müddəaları tətbiq olunmalıdır. Bununla belə, 26 №-li Milli Mühasibat Uçotu Standartı ümumi standartdır və o, səciyyəvi aktivlərin ədalətli dəyərinin hesablanmasında istənilən ayrıca üsuldan istifadə olunmasını nəzərdə tutur. İnvestisiya əmlakı da bu cür “səciyyəvi aktivlərdən” biridir və bu aktivə münasibətdə ədalətli dəyərin iki aspekti mövcuddur ki, bu aspektlər də ümumilikdə ədalətli dəyər Standartında göstərilmir. Həmin aspektlər aşağıdakılardır:
İnvestisiya əmlaklarına bir neçə ayrıca və identifikasiya olunan aktivlər daxil ola bilər (maddə 37)
İnvestisiya əmlakı maliyyə icarəsi və ya əməliyyat icarəsi qismində saxlanıla bilər (maddələr 35 və 36) – həmçinin, ilkin tanınmaya istinad edən 23-cü maddəyə bax)
Dostları ilə paylaş: |