Fərqli və eyni aktivləri olan daşınmaz əmlaklar
Əmlak boş bir sahədən, məsələn, mebelsiz və yararsız çoxmənzilli bloklarından ibarət olduqda investisiya əmlakının mövqeyi nisbətən aydın olur. Bununla belə, bəzi investisiya əmlakları öz xassəsinə görə digər aktivlərdən ibarət olur. Məsələn, investisiya əmlakı tam təchiz olunaraq icarəyə verilmiş mənzildən ibarət ola bilər. Həmin mənzildəki mebel, yaxud quraşdırılacaq lift və ya hava kondisioneri də investisiyanın bir hissəsi sayıla bilər.
Bu vəziyyətlərdə ikiqat hesablama təhlükəsi yaranır. Məsələn, hava kondisioneri ilə təchiz olunmuş mənzilin ədalətli dəyəri eynilə bu cür, amma kondisionerlə təchiz olunmamış digər bir mənzilin dəyərindən artıq ola bilər. Əgər kondisionerlə təchiz olunmuş mənzilin ədalətli dəyəri, həmin kondisionerin mövcudluğu əsasında hesablanarsa, o zaman bu hava kondisionerinin ayrıca aktiv qismində hesablanması məqsədəuyğun deyil - əslində kondisioner artıq iki dəfə hesablanır. Eyni ilə, əgər mənzil tam təchiz olunmuş şəkildə icarəyə verilirsə, o zaman icarə haqqı da müvafiq hesablamaya əsasən alınır və icarə haqqının alındığı həmin aktivin ədalətli dəyəri də mənzil + mebel hesablaması əsasında müəyyən olunur. Tam təchiz olunmuş mənzilin ədalətli dəyəri hesablandıqda mənzildəki mebelin dəyəri ayrıca olaraq hesablanmamalıdır - çünki bu, ikiqat hesablama deməkdir.
Dostları ilə paylaş: |