Azərbaycan respubliкasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti faкüLTƏ: «Uçot-iqtisad»


İnvestisiya fəaliyyətində yeni meyllər



Yüklə 94,46 Kb.
səhifə9/29
tarix10.01.2022
ölçüsü94,46 Kb.
#108627
1   ...   5   6   7   8   9   10   11   12   ...   29
İnvestisiya fəaliyyətində yeni meyllər. Müasir dövr dünya təsərrüfat əlaqələrinin həqiqi birliyinə nail olmağı çox kəskin tərzdə qarşıya qoyur. Dünya təsərrüfat birliyi (iqtisadi inteqrasiyası) gücləndikcə iqtisadi cəhətdən inkişaf etmiş ölkələrin birgə xarici investisiya qoyuluşlarına maraq artır. Xarici investisiyaların əhəmiyyətli hissəsi beynəlxalq sənaye bank korporasiyaların payına düşür. Bu sahədə transmilli korporasiyalar müstəsna rol oynayır.

Transmilli korporasiyalar – transmilli monopolist kapitaldır. Bu həm ayrı-ayrı ölkələrin və həm də bir neçə ölkə birliyinin, dünya təsərrüfatının bir sıra istehsal və satış sahələrinə kapital ixrac edən beynəlxalq monopolyasıdır. Transmilli korporasiya (TMK) vasitəsilə xarici investisiya qoyuluşunun əsas hissəsi həyata keçirilir. Bir çox ölkələrin iqtisadiyyatının müxtəlif sahələrindəki həlledici mövqeyi ələ keçirmək üçün TMK uzunmüddətli investisiya qoyuluşundan istifadə edir. TMK xaricə kapital ixrac edən başlıca investor olub, maliyyə-monopolist qrupların xüsusi investisiyalarının qorunması, sığortalanması və stimullaşdırılmasına nəhəng vəsait sərf edir.


Yüklə 94,46 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin