Dissertasiya işinin məlumat bazasnı Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye, Maliyyə və Vergi Nazirliklərinin, Dövlət Statistika Komitəsinin materialları, eləcə də internet şəbəkəsində innovasiya fəaliyyəti üzrə məlumatlar təşkil edir. Tədqiqat prosesində sistemi təhlil, məntiqi ümumiləşdirmə və qruplaşdırma, müqayisə, dinamika, statistik təhlil metodlarından istifadə edilmişdir.Dissertasiya işinin həcmi, quruluşu.Dissertasiya işi giriş, üç fəsil və nəticədən ibarət olub, 1,5 intervallı komputer yazısı ilə 80 səhifədən ibarətdir. Tədqiqat işində 6 cədvəl verilmişdir. İşin sonunda 33 ədəbiyyat göstərilmişdir.
I Fəsil. İnnovasiya fəaliyyətinin biznesin effektivliyinə dair nəzəri konseptual əsasları