Tədqiqatın predmeti və obyekti. Tədqiqatın predmetini müasir biznes sistemində innovasiya layihələrinin iqtisadi səmərəliliyinin artırılmasının nəzəri və praktiki məsələlər kompleksi təşkil edir. Tədqiqatın obyektini isə innovasiya yönümlü investisiya layihələri reallaşdırılan bizne sistemi təşkil edir.
Tədqiqatın nəzəri-metodoloji əsasını Azərbaycan Respublikası Prezidentinin Fərmanları, Nazirlər Kabinetinin qərar və sərəncamları, Milli Məclisin qanunvericilik aktları, xarici müəlliflrin və Azərbaycan alimlərinin innovasiya siyasəti, prosesi və layihələri sahəsində elmi əsərləri təşkil edir.