II FƏSİL. İXRAC ZAMANI ZƏRURİ OLAN LOGİSTİK STRATEGİYALAR VƏ İXRAC PROBLEMLƏRİ
2.1 Kənd təsərrüfatı məhsullarının ixracı zamanı zəruri olan logistik strategiyalar
Müasir bazar iqtisadiyyatı dövründə bütün kompaniyalar öz inkişaf paradiqmasında və inkişafın uzunmüddətli dövrdə davamlı olaraq yüksəlməsinin kökündə məhz mikro-makro iqtisadiyyat, marketinq və logistika dayanır. Logistika bir elm kimi yeni olsa da, tarixinə nəzər salsaq görərik ki, logistikanın heç də yeni olmadığının şahidi olarıq. Logistika termini hələ qədim zamanlardan mövcud olmuşdur və əsasən, hər hansı bir sahənin mütəxəssisinə verilən bir isim kimi qəbul edilmişdir. Əsas etibarilə, logistika 1970-80-ci illərdə aktuallaşmışdır. Bunun əsas səbəbi isə 70-80-ci illərdə baş verən neft krizi və inflyasiyanın, şirkətlərə o cümlədən, bir çox ölkələrə ciddi mənfi təsir göstərmişdir. Məhz bu illərdən sonra şirkətlər öz hesabatlarında ciddi dəyişikliklər etmək məcburiyyətində qalmış və bəzi istehsal və daşınma xərclərini minimuma endirmək məqsədilə logisikanın prinsiplərindən faydalanmışlar. Araşdırılan sahənin istiqamətindən asılı olaraq logistikanın bizə vacib olan bölmələrindən istifadə ediləcəkdir ki, bunlara:
Anbar logistikası;
Nəqliyyat logistikası.
Dostları ilə paylaş: |