VEN analiz üsulu. Ven analiz üsulu uzun illərdir ki, bir çox potensiallı istehsal şirkətləri tərəfindən istifadə olunan bir analiz sistemidir. Bu strategiyadan istifadə edərək, effektiv satış sektorunu müəyyən edilərkən əsas istehlak tələbini müəyyən etmək mümkündür. Hazırda beynəlxalq səviyyədə tanınmış və uğurlu fəaliyyət həyata keçirən bir sıra şirkətlərin tətbiq etdiyi ven analiz varki onlardan biri olan Nielsen şirkəti bazar mühitində olan istehlakçı tələbinin ölçülməsi üçün bəzi orta və iri şəhərlərdə, meqapolislərdə ven analiz tədqiqatı həyata keçirmiş və bazarlarda mövcud olan istehlakçıların hansı növ kənd təsərüffatı mallarını və meyvə tərəvəzləri dəyərləndirdiyini aşkara çıxarmışdır. RFM analizi üsulu.RFM analizinin də hərfi mənası, ingilscədən (recency, frequency, monetary) yenilik, sürət, vəsait mənasında qəbul edilir. Yəni, istənilən məhsulun son alqı-satqı vaxtı, hər hansı bir müddət çərçivəsində, alqı-satqı miqdarı və istənilən vaxt müddətində alqı-satqı nəticəsində xərc qiymətlərinin analizini həyata keçirmək üçün istifadə olunan metoddur. Başqa sözlə izah etsək, RFM analizi müştəri çevrəsini dəyərləndirmək məqsədilə, məhsulların yeniliyinə, çatdırılma prosesinin dinamikliyinə və müəyyən edilən uyğun dəyər məqsədilə, istifadə olunan analiz üsuludur.[Prof.Dr.S.Korucuk, Prof.Dr.E.Atukalp, “Lojistikte Güncel Uygulamalar” 2019]