Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti beynəlxalq magistratura və doktorantura məRKƏZİ



Yüklə 284,64 Kb.
səhifə5/33
tarix10.01.2022
ölçüsü284,64 Kb.
#109209
1   2   3   4   5   6   7   8   9   ...   33
Tədqiqatın məqsəd və vəzifələri. Yazılan dissertasiya işində, aparılmış araşdırmaların başlıca məqsədi ölkədə ilkin olaraq, əhali üçün ifrat dərəcədə vacib olan orqanik kənd təsərrüfatı məhsullarının istehsal və emal həcminin yüksəldilməsi hesabına, daxili bazarda uyğun qiymətlərlə məhsul təkif olunması və bundan savayı, xarici bazara məhsul transfer olunması ilə ökəyə xarici və ümumi maliyə axınına nail olmaqla, ölkə iqtisadiyyatının beynəlxalq iqtisadi proseslərdən asılılığının azaldılması və qlobal iqtisadi böhranlardan yan keçmə qüdrətinə sahib olmasını təmin etmək məqsədi güdür.

Bu məqsədlə, aşağıda əks olunan kriteriyalar həyata keçirilməlidir:



  • Mövcud sektora lazımi həcmdə maliyyə yatırılması, sahibkarlar, fermerlər və xırda təsərrüfat sahiblərinin stimullaşdırılması;

  • Əkinəyararlı ərazilərin arıtılması və müxtəlif dərman preparatlarının tətbiqi;

  • Heyvandarlıq üçün zəruri olan, otlaq ərazilərin artırılması və yem bazasının təkmilləşdirilməsi;

  • Kənd təsərrüfatı məhsullarının istehsalını və emalını həyata keçirən, beynəlxalq standartlara cavab verən, müasir texnoloji avadanlıqlarla tam təmin olunmuş fabrik və müəssisələrin inşası və canlı əmək qüvvəsinin cəlb olunması;

  • Hazır məhsulların satış və rəqabət qabiliyyətli olması məqsədilə, lazım olan marketinq prinsiplərinin tətbiqi;

  • Məhsulların ixrac əməliyatlarının təşkili zamanı, ixrac problemli məhsullar üçün zəruri olan logistik üsullarının tətbiqi;

  • VEN logistik analiz vasitəsilə, istehlakçı və bazar auditoriyasında məhsulların vaciblik əmsalının müəyyən edilməsi;

  • RFM logistik analiz üsulu vasitəsilə, istehsal və emal prosesi başa çatmış məhsulların, təzə-R köhnəlmədən, sürətlə-F vaxt itkisi olmadan və uyğun qiymətə-M istehlakçıların məmnun qalacağı dəyərlə, bazara transfer olunmasının təmin edilməsi;

Yuxarıda qeyd olunmuş informasiyalar, aparılmış araşdırma nəticəsində müəyyən edilmiş əsas vəzifələrdir. Qeyd olunan vəzifələrdən savayı, logistika elmini başlıca tələbi olan 7-R adı altında çıxış edən prinsiplər təmin olunmasına çalışılmalıdır. Bu prinsiplərə məhsulların növ müxtəlifliliyini artırılması və məhsul nomenklaturasını müəyyənləşdirirlməsi, məhsulları lazımi keyfiyyətdə, tələb olunan miqdarda, qeyd olunan zamanda, uyğun dəyərlə, gözlənilən məkana, minimum xərclə transfer edilməsini təmin etməklə, potensial ixrac göstəricisinə nail olunması mümkündür. Tədqiqatın obyekti və predmeti. Aparılan tədqiqat işinin obyekti, kənd təsərrüfatı məhsullarının istehsal həcminin artırılması hesabına, daxili bazarda mövcud tələbin səmərəli şəkildə, lazımi keyfiyyətli məhsullarla və uyğun dəyər müəyyən edilməklə ödənilməsidir. Aparılan araşdırmanın predmetinə isə ixrac problemli məhsulları müəyyən etməklə, həmin məhsulların ixrac problemli olması səbəbinin aşkarlanması, və logistik üsullarla düzgün ixrac mexanizmləri tətbiq etməklə, məhsul ixrac olunmasına, ölkəyə maliyə axınının və ölkəmizin ticarət balansında müsbət saldo yaradılmasına nail omaqdır.


Yüklə 284,64 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin