Tədqiqatın məhdudiyyətləri. Aparılmış tədqiqatın məhdudiyyətlərinə, təklif olunmuş marketinq və logistika elmlərinin ümumi məhfumu analiz olunaraq, tədqiqatın istiqaməti üçün zəruri olan strategiyaların qeyd olunması və araşdırmanın Türk və Azərbaycan dillərində olan resurslardan istifadə olunmasını aid etmək olar.
Nəticələrin elmi və praktiki əhəmiyyəti.Yazılan dissertasiya işində əldə olunan nəticənin elmi əhəmiyətinə, istehsal və emal prosesi başa çatmış kənd təsərrüfatı məhsullarının satış qabiliyətliliyinin artırılması və səmərəli ixrac prosedurunun həyata keçirilməsi üçün müvafiq olaraq, təklif olunan marketinq və logistik prinsipləri aid etmək olar. Praktiki əhəmiyətinə gəldikdə isə istehsal və emal prosesi bitmiş hazır kənd təsərrüfatı məhsullarının satış potensiallı və səmərəli ixrac prosedurunun təşkil olunması üçün qeyd olunan marketinq və logistik prinsiplərin təbiq olunmasını göstərmək olar.