2.2. Kənd təsərrüfatı məhsullarının ixrac problemlərinin müəyyən olunması
Hazırki zamanda ölkəmizin kənd təsərrüfatı bazarlarında, yerli məhsullarla yanaşı idxal məhsulları da, geniş paya sahibdir. Son zamanlar əhalinin iri şəhərlərə üz tutması səbəbindən, mövcud sahədə çalışanların sayı olduqca azalmışdır. Lakin, apardığımız araşdırma nəticəsində şahid oluruq ki, qeyd olunan sektorda kifayət qədər inkişafa nail olmuş ölkələrdə kənd təsərrüfatında çalışanların sayı 5-10 % arasında dəyişir. Bunun əsas səbəbi, elmi texniki inqilab-ETİ nəticəsində kənd təsərrüfatının texnoloji avadanlıqlarala tam şəkildə təchiz olunması və yüksək səviyyədə avtomatlaşdırılmasıdır.
Dostları ilə paylaş: |