Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti beynəlxalq magistratura və doktorantura məRKƏZİ



Yüklə 284,64 Kb.
səhifə29/33
tarix10.01.2022
ölçüsü284,64 Kb.
#109209
1   ...   25   26   27   28   29   30   31   32   33
Beynəlxalq marketinq. Adından da məlum olduğu kimi, beynəlxalq marketinq xarici ticarət zamanı, atılması zəruri olan addımları özündə əks etdirir. Beynəlxalq marketinqin başlıca məqsədi, xarici dövlətlərə məxsus bazarların bütöv şəkildə analiz edilməsidir. Xarici ölkələrə məhsul göndərən müəssisələr, xarici bazarda xarici dövlətin qanunları, xarici bazarda mövcud olan rəqiblər, bazar mövqeyi, tələb həcmi, istehlakçı çevrəsini və s. dolğun şəkildə qiymətləndirərkən beynəlxalq marketinqin prinsiplərini faydalanırlar. Beynəlxalq marketinq xarici bazara məhsul transfer edən şirkətlərə, aşağıdakı funksiyaları yerinə yetirməyi tövsiyə edir:

  • Xarici bazarda mövcud olan maneələr və perspektivlər haqda dolğun informasiyaların əldə olunması;

  • Öz potensialını nəzərə almaqla, xarici bazarın tələblərinə uyğun məhsul nomenklaturası hazırlamaq;

  • Xarici bazarın yüksək keyfiyyətli və asanlıqla satıla bilən məhsullarla zəbt olunması;

  • Öz məhsullarına qarşı tələb yaratmaq və stimullaşdırmanı təşkil etmək;

  • Ticarət prosedurlarının hazırlanması;

  • İstehsalın xarici bazar tələbinə uyğunlaşdırılması.

Sadalanan prinsiplərin hər biri, özündən əvvəlki tamamlandıqdan sonra sırası ilə həyata keçirilir. Beynəlxal marketinqin ən vacib məqsədi, istehsal olunacaq məhsulların istehsalına başlamazdan əvvəl, xarici bazara məxsus istehlakçı qruplarının tələb növləri analiz edilməli və xarici bazar tələbinə uyğun məhsul konsepsiyası işləyib hazırlamaqdır. Bunun üçün də, xarici bazarda mövcud olan tələb dinamikasının düzgün analiz edilməsi və xarici bazarın mühiti haqda dəqiq ümumi informasiyaların əldə olunması təmin olunmalıdır. KTM-ı istehsal olunarkən, lazımi keyfiyyətdə, dadlı təamda, xarici bazarda mövcud olan rəqib məhsullara qarşı, daha seçilə bilmə qabiliyyətinə malik olan məhsullar becərilməlidir.Beynəxalq marketinq beynəlxalq ticarət mexanizmi, iqtisadi şərait, hüquqi şərait, dünya bazarları, qlobal rəqabətləri əks etdirir. Adından da aydın olduğu kimi beynəxalq marketinq, xarici bazarlara məhsul çıxaran zaman aşağıdakı prinsipləri gözləməyi tələb edir:

  • Neçə ölkənin bazarlarına məhsul göndərilməsinə qərar verilməsi;

  • Öz və rəqib məhsullarının rəqabətə davamlılıq göstəricilərinin ölçülməsi;

  • Xarici bazardakı məhsulların dəyərləri;

  • Daxili və xarici bazarın fərqlərinin analiz edilməsi;

  • Məhsulları hansı ölkəyə aid bazara çıxarmaq;

  • Xarici bazara, orada mövcud olan rəqiblərə əsasən, hansı növ məhsullar yeridilməlidir;

  • Müəssisənin xarici bazarda inkişaf meylləri və xarici ölkədə ixrac şöbələrini yaratmaq;

  • Seçilmiş bazar hansı potensiala sahibdir.

Xarici bazara daxil olan zaman ilk öncə, məqsəd müəyyənləşdirilməli, istehsal gücləri nəzərdən keçirilməlidir. Bir çox iri müəssisələr xarici bazara mal göndərməzdən qabaq, orada xırda topdan satış mərkəzləri açırlar. Təbii ki heç bir uğurlu şirkət, bir anda xarici bazara məhsul çıxararaq bazarda pay sahibi ola bilməz və bu qeyri-mümkündür. Bütün bu prosesləri zamanla və mərhələ-mərhələkeçərək məqsədə nail olmaq olur. [“Pazarlama ve ReklamcılıkTaktikleri”, Prof. Dr. T. Erdem, 2015; “Satış Pazarlama Yönetimi”, Prof. Dr. Gonca Telli, 2011]


Yüklə 284,64 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin