Tədqiqat metodları. Yazılan dissertasiya işində əsasən, tədqiqat metodlarından olan müşahidə və sorğu metodları vasitəsilə, açıq müşahidə və sorğu aparılmaqla tədqiqat aparılmışdır. Araşdırma, Bakı şəhərində yerləşən Meyvəli bazarı, 8-ci km bazarı və 3-cü mikrorayon bazarında həyata keçirilmişdir və araşdırma nəticəsində, adı çəkilən bazarlarda daha çox satış qabiliyətli və qiymət dəyişimi intervalına sahib olan və tələb həcmi daha çox olan məhsullar müəyyən ounmuşdur.
Tədqiqatın informasiya bazası.Yazılan dissertasiya işində qeyd olunan məlumatlar əsas etibarilə, müxtəlif internet portallarından və kitablardan əldə edilən məlumatların ümumiləşdirilib müqayisə və sintez edilərək yazılmışdır. Buraya Dövlət Statistika Komitəsini, Dövlət Gömrük Komitəsini, Kənd Təsərrüfatı Nazirliyini, iqtisadi islahat internet portalını, economy internet portalını, bir sıra kənd təsərrüfatı materiallarını və s. resursları misal göstərmək olar.