Ş əkil 2.2. Korporativ mədəniyyət sisteminin ümumiləşdirilmiş qrafik təsviri
Mənbə: Венсин В.Р. «Управление персоналом». Москва – 2007.c-34
Korporasiyanın mədəniyyətinin sisteminə giriş (İ) korporasiya iştirakçılarına qoyulan məqsədlərə çatmaq üçün hərəkətə, işgüzar əlaqələrə, sövq edən impulsdur (təkandır).
Sistemin vəziyyəti (X), korporasiyanın mənəvi həyatını müəyyən edən elementlərlə xarakterizə olunur.
Sistemin çıxışı (R) onun fəaliyyətinin nəticələri ilə xarakterizə olunur. Korporasiya mədəniyyətinin sisteminin (S) fəaliyyətini aşağıdakı düsturla təsvir etmək olar:
Onun səmərəliliyi, məqsədə nail olmaq üçün, göstərdiyi təsirlə müəyyən olunur:
Korporativ mədəniyyət sisteminin səmərəliyini təmin etmək üçün, lazımdır ki, mümkün olan vəziyyətlər çoxluğundan, qoyulan məqsədlərə nail olmağı təmin edən, ən yaxşı vəziyyətdə olmalıdır.
Sistemli yanaşma korporasiyanın təsviri modelini qurmağa, onun funksional xüsusiyyətlərini və effektlik şərtlərini müşahidə etməyə imkan verir. Sonralar bu modelin əsasında, onun tövsiyə olunan vəziyyətinin normal modelini qurmaq olar.
Sistemli modeli nəzarət olunan formada real obyekt, onun fəaliyyətinin və inkişafının real xüsusiyyətlərini və şərtlərini adekvat əks etməlidir. Buna görə aşağıdakılar lazımdır:
sistemin morfoloji təhlili;
sistemin parametrik təsviri;
obyektin fəaliyyətini təsvir edən funksional-parametrik modellər kompleksinin hazırlanması.
Korporasiyanın korporativ mədəniyyətini ölçərkən normativ, müqayisə, təsadüfi qiymət üsulundan, konstruktiv tənqidi kimi statistika üsullarından istifadə etmək lazımdır.
Korporativ mədəniyyətin konkret növünün ən yayılmış qiymətləndirmə üsulu normativ üsuludur. Bu üsulun tətbiqi təlimat tipli məlumatın «nəyi nə cür icra etməli», «sistem ya yarımsistem nə cür olmalıdır», «hansı sənədlər nə cür doldurulmalıdır» və s. nəzərdə tutur. Bu məlumatlar bazası qanunlarda, təlimatlarda, standartlarda, davranış, ünsiyyət, tərəfdaşlıq məcəllələrində, şirkətin fəlsəfəsində korporasiyanın iştirakçılarının hüquqlarının xartiyalarında, korporativ idarəçiliyin məcəlləsində
və s. sənədlərdə öz əksini tapmalıdır.
Doğrudur, canlı mədəniyyət işçi və rəhbərlərin təsəvvüründə daha çox əksini tapsa da, sənəd mənbələri daha etibarlıdır. Sənədlərdə əks olunan məlumatların təhlili rəhbərliyin idarəçilik prosesi haqqında olan real təsəvvürlərini (bəyan edilənləri yox) üzə çıxara bilər. Korporasiya nə dərəcədə bürokratlaşmışdır? Söz və əməl arasında, bəyan edilən biznesin aparılma prinsipləri və real idarəçilik təcrübəsi arasında fərqlər varmı? Hansı dəyərlər sənədlərdə öz əksini tapıb? İnsanlara münasibət? KM-in formalaşması və dəstəklənməsi üçün aparılan iş nə dərəcədə düşünülmüş və məqsədəuyğundur?
Öz mahiyyətinə görə, normativ model müəyyən modelləri, obrazları, ştampları verir və bunlara müvafiq mədəniyyətin faktiki səviyyəsinin qiymətləndirilməsi aparılır. Buna görə, birincisi, idarəçiliyin normativ əsaslarını daimi və vaxtında doldurub, yeniləşdirib təkmilləşdirmək lazımdır, ikincisi, idarəçilik mədəniyyətinin müasir səviyyəsini əks edən müasir normativ bazanı əldə etmək lazımdır.
«Əks qütblü mədəniyyətlərin» üsulunda konkret rəhbər onları özünün fəaliyyətinə yaraşdıraraq imkan alır ki, özünü tərbiyə əsasında mədəniyyətinin səviyyəsini artırsın, ya normativ bilik və vərdişləri əldə etsin.
«Əks qütblü mədəniyyətlərin» nümunələri cədvəl 2.1-də təqdim olunub.
Dostları ilə paylaş: |