III FƏSİL. ÖZƏL SEKTORLARDA KORPORATİV SOSİAL MƏSULİYYƏTİN İNKİŞAF XÜSUSİYYƏTLƏRİ
3.1. İşgüzar təşkilatlarda korporativ strategiyaların işlənməsi
Bazar iqtisadiyyatı şəraitində firmalar alıcıların tələbatlarını ödəmək eləcədə gəlir əldə etmək üçün məhsul istehsal edir, həmçinin həmin məhsulu satır və ya hər hansı bir xidmət gösətirir. Elə buna görədə müəssisələrin fəaliyyət göstərdiklərinə biznes fəaliyyəti adlanır. Bu fəaliyyətin uzunmüddətli olması. Yəni daha dəqiq desək, istehlakçıların bu müəssisənin məhsullarını əldə edilməsi üçün məhsullun keyfiyyətli olduğunu həmişə yaxşılaşdırılması həmçinin şirkətin sosial məsuliyyətli olması və hətta etik qaydalarına əməl olunması əsas şərtlərdən biridir. Ümumiyyətlə, qeyd edək ki, etika əxlaq qaydalarını özündə ehtiva edən bir anlayışdır. Eyni zamanda onun mühüm tərkib hissəsi isə “biznes etikası” həmçinin “işgüzar etika” deməkdir.[13, səh.20]
Bir sıra mütəxəssislərin fikrincə “işgüzar etika” sözünü dünyanın ən məhşur oksimoron sözlərindən götürülmüşdür. Onu da demək olar ki, oksimoron əks xarakterli ifadələrdən ibarət olan sözlərdir. Yəni etika əxlaq, tərbiyə ilə bağlı olan ifadələr olsa da, biznes isə daha çox xaotik qarmaqarışıqlıq, şəxsi maraqların diqqət yetirildiyi fəaliyyət kimi anlaşılır. Həmçinin bu gün “İşgüzar etika” sözü daha çox tanınmışdır. Işgüzar etika eyni zamanda biznes fəaliyyətində, eləcədə biznes qərarlarında digərlərinin (səhmdarların, investorların, hökümətin, cəmiyyət işçilərin, müştərilərin və s.) nəzərdə tutulmasıdır.
Bazarda uzunmüddətli bir zamanda uğurlu nailiyyətlərin təmini üçün ədalətliliyin gözlənilməsi, rəqiblərə hörmət, dürüstlüyün, yüksək etik standartların gözlənilməsi əsas şərtlərdən biridir. Işgüzar etikanın vacib tərkib hissələrindən biri ayrı-ayrı firmaların müntəzəm qaydada cəmiyyətə hesabat verməsidir. Sosial məsuliyyət proqramının reallaşdırılmasının gedişi, eləcə də biznesin aparılmasının etik yanları, idarəetmə çözümlərinin qəbul olunması, əməkdaşlarla qarşılıqlı münasibətlər və s. ilə bağlı hesabatın hazırlanıb ictimaiyyətə təqdim olunur. Strateji görmə və eləcədə niyyətin işlənilməsi işgüzar şirkətlərin inkişaf etdirilməsinin müəyyənləşdirilməsinin vacib vəzifələrdən biridir.
Qabaqcıl beynəlxalq korporasiyaların niyyətində sosial sferada əsas məqsəd kimi –insanların həyati keyfiyyətlərinin artırılması götürülür. Buna rəğmən “Azərsun” şirkəötində öz əməkdaşlarına olan münasibətdə sosial strategiyanın bir sıra dəyərləri daha çox üstün qiymətləndirilir, bunlar aşağıdakılardır:
karyerada yüksəlmək üçün mühitin və potensialın yaradılması;
bütün iş yerlərində əməyin yaradıcı prosesə çevrilməsi;
yüksək nəticələr əldə etmək üçün yaradıçılığı və özünün inkişafını stimullaşdıran mühitin yaradılması və mümkün şəraitin yaradılması;
şirkətin məqsədlərinin və dəyərlərinin anlaşılması və müdafiə edilməsi;
korporasiyanın sahibkar mədəniyyətinin inkişaf etdirilməsi.
Dostları ilə paylaş: |