Mənbə: R.H.Quliyev “Korporativ sosial məsuliyyət”. Bakı-2017.
Sosial proqramların fərqləndirici xüsusiyyətləri, onların keçirilməsinin könüllülüyü, sistemli xarakteri və kompaniyanın missiyası və inkişaf strategiyası ilə bağlılığdır.
Təşkilatın xarici korporativ sosial məsuliyyəti aşağıdakıları özündə cəmləşdirir.
- Fəal sponsorluq, eləcə də korporotiv xeyriyyəçiliyin həyata keçirilməsi;
- Yerli hakimiyyət orqanları və cəmiyyət ilə qarşılıqlı fəaliyyət;
- Müxtəlif böhranlı vəziyyətlərdə fəal iştiraka;
- Ətraf mühitin mühafizəsinə kömək;
- İstehsal olunmuş əmtəə və ya xidmətlərəgörə istehlakçılar qarşısında (keyfiyyətli məhsul buraxılışı) məsuliyətin təmin edilməsi.
Bu istiqamətləri şirkət rəhbərini uşaqlar və gənclər, (istedada eləcə də köməyə ehtiyacı olanlar) təqaüdçülər, eləcədə müharibə vetiranları, əlillər üçün xeyriyyəçilik layhihələri keçirməyə istiqamətləndirir. Xeyriyyəçilik dəstəyinin əsas hissəsi sosial cəhətdən müdafiəsiz əhali qruplarında həyata keçirilir, bununla da şirkət özünün mövcud olduğu regionlarda yoxsulluq və sosial gərginlik riskini azaldır. Yardım həm uzun müddətli həm də birdəfəlik xarakter daşıya bilər. Şirkətlərdə idarəetməyə olan yanaşmaların dəyişməsi ona gətirib çıxarır ki, xeyriyyəçilik fəaliyyəti daha rəngarəng olur, müasir yanaşmalar adlanan yeni sosial texnologiyalar yaranır.
Dostları ilə paylaş: |