Tədqiqatın məqsədi və əsas vəzifələri. Magistr dissertasiyasının məqsədi müasir idarəetmə sistemində işgüzar etika məsələlərinin praktiki və elmi cəhətlərini önə çıxarılması əsasında tədqiqatlar aparmaqdan ibarətdir. Dissertasiya işinin yazılmasında əsas məqsəd, ölkədə çalışan şirkət rəhbərlərini və onların əməkdaşlarını ölkəmizdə mövcud olan əmək qanunvericiliyinə, şirkətlərin nizamnaməsinə və qaydalarına riayət edərək, eyni zamanda onlara yazılmış qayda və qanunlardan daha da üstün olan digər dəyərlərə qayğı ilə yanaşmağı təlqin etmək üçün əsasən elmi əsaslara malik daha sanballı təkliflər hazırlamaqdır. Qarşıda duran məqsədə nail olmaq üçün əsasən aşağıdakı göstərilən vəzifələrin yerinə yetirilməsi nəzərə alınmışdır:
- İdarəetmə fəaliyyətində qəbul olunmuş etik prinsiplərin müəyyən edilməsi;
- Biznes fəaliyyətində qəbul edilmiş normaların və qaydaların gözlənilməsi;
- Bizensmenlərin sosial məsuliyyətinin gücləndirilməsi üçün lazım olan mühitin yaradılması və qanunvericilik təşəbbüsünün irəli sürülməsi;
- etik normativlərin müəyyənləşdirilməsinin nəzəri və metodoloji məsələlərinin araşdırılması.
Dostları ilə paylaş: |