Tədqiqatın informasiya bazasını biznesin innovasiyalı idarəetməsi ilə bağlı qanunvericilik bazasının normaları, Azərbaycan ərazisində işgüzar idarəetmə ilə bağlı real faktlar çərçivəsində müştəri şirkətləri ilə iş praktikasına söykənən nümunəvi olan tədqiqat məlumatları, ayrı-ayrı şirkətlərin illik hesabatları, bir çox beynəlxalq və respublika miqyaslı elmi-təcrübi konfrans materialları təşkil edir.
Tədqiqat işinin elmi yeniliyi əsasən aşağıdakılardan ibarətdir:
- işgüzar etikanın əsas aspektləri tədqiq edilmişdir;
- işgüzar etika üsulları və lingləri sistemləşdirilmişdir;
- işgüzar ünsiyyətin müsbət tərəfləri araşıdırılmışdır;
- işgüzar etikanın korporativ mədəniyyətlə funksional bağlılığı işıqlandırılmışdır.
Dostları ilə paylaş: |