Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti beynalxalq magistatura və doktorantura məRKƏZİ



Yüklə 217,62 Kb.
səhifə21/75
tarix10.01.2022
ölçüsü217,62 Kb.
#109642
1   ...   17   18   19   20   21   22   23   24   ...   75
Ad : BEU/Dessertasiya son pdf SOna.pdf

Müəllif : BEU

O ilkin ödənişlərə kənd təsərrüfatı maşınlarının alınmasını, tikililərin və heyvanların alınmasını,illik ödənişlərə isə toxumların alınmasını, əmək haqlarının ödənilməsini və digər bu kimi xərcləri aid etmişdir. Ümumiyyətlə, fiziokratlar investisiyalara yalnız əkinçilikdə istifadə olunan kapital ehtiyyatlarını aid edirdilər. Fiziokratlara görə investisiya həm fermer təsərrüfatı, həm də ictimai istehsala çəkilən xərclər kimi başa düşülməli və bu xərclərin həm fermerin gəlirlərinin, həm də milli sərvətin artımına təsir edəcəyini qəbul etmək lazımdır. [18.s.217]

Klassik iqtisad məktəbinin banisi Adam Simit investisiya prosesləri haqqında müxtəlif fikirlər irəli sürmüşdür. Kapitalın formalaşma prosesinin öyrənilməsini “Xalqların sərvətinin təbiəti və onun yaranma səbəblərinin tətqiqi” (1876) adlı əsərinin əsas vəzifələrindən biri kimi ortaya qoymuşdur. A. Simitə görə, xalqın zəhmətinin illik nəticəsini iki üsulla artırmaq olar. Birincisi, məhsuldar işçilərin artırılması, ikincisi isə, mövcud işçilərin məhsuldarliğinı artırmaqla. Hər iki üsulun həyata keçirilməsi üçün yeni iş yerlərinin yaradılması və maşın və avadanlıqların təkmilləşdirilməsi üçün əlavə kapitala ehtiyac vardır. İnvestisiyalar həm milli sərvətin artımına səbəb olur, həm də öz sahibinə mənfəət əldə etmək imkanı yaradır. Xalqın mövcud olan sərvəti, həmçinin sahibkara gəlir gətirən kapitalın bərpa edilməsinə və artırılmasına çəkilən xərclər milli səviyyədə kapitala aid edilir.
İnvestisiya nəzəriyyələrini sonrakı mərhələlərində alman iqtisadçısı və filosofu Karl Marks özünü “Kapial və izafi dəyər” təlimləri ilə daha da zənginləşdirmişdir. Marksin təliminə görə, kapital özü-özünə artan dəyərdir. O, kapitalın özü-özünə artması prosesini üç mərhələyə ayırmış və bu prosesə maliyənin dövriyyəsi demişdir.


Yüklə 217,62 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin