Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti beynalxalq magistatura və doktorantura məRKƏZİ



Yüklə 217,62 Kb.
səhifə64/75
tarix10.01.2022
ölçüsü217,62 Kb.
#109642
1   ...   60   61   62   63   64   65   66   67   ...   75
Eyni sözlərin sayı : 32Ad : BEU/_Magistr isi 18.06.2014.doc

Müəllif : BEU

Göründüyü kimi son iyirmi ildə böyük bir inkişaf yolu keçmiş Azərbaycan-Türkiyə iqtisadi əlaqəleri, iki ölkənin iştirakı ilə realaşdırılmış və realaşdırılması planllaşdırılan qlobal və reqional əhəmiyətə



Eyni sözlərin sayı : 16Ad : Azərbaycan - Türkiyə iqtisadi münasibətləri (1991-2015)

Müəllif : Əliyeva Nərmin Nail qızı

sahib iqtisadi layihelərlə artıq bir strateji



Eyni sözlərin sayı : 5Ad : Azərbaycan - Türkiyə iqtisadi münasibətləri (1991-2015)

Müəllif : Əliyeva Nərmin Nail qızı

əməkdaşlıq statusu qazanmışdır. İki qardaş ölkənin nümunə ola biləcək bu əməkdaşlıq, bir tərəfdən regionda sülh və sabitliyi təmin edərkən, digər tərəfdən də Xəzər, Qaradəniz və Aralıq dənizi hövzəsi ölkələri arasında əməkdaşlıq üçün yeni imkanlar yaradır.

Enerji və nəqliyyat əsaslı bu layihələr, həm regionda iqtisadi inteqrasiya və rifaha fayda təmin etməklə yanaşı, həm də region ölkələrinin təbii sərvətlərinin beynəlxalq bazarlara daşınmasını asanlaşdırmaqla onların dünya iqtisadiyyatına inteqrasiyasını dərinləşdirir.

Təhqiqatlar göstərir ki, Xəzəri Qaradəniz və Aralıq dəniziyə birləşdirən bu enerji və nəqliyyat xətlərinin regional faydalarını artırmaq məqsədiylə əvvəlcə bunların Trans-Xəzər miqyasının da reallaşdırılması lazımdır.

Trans-Xəzər neft və təbii qaz boru kəmərlərinin tikilərək Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum Trans Anadolu boru kəmərləri ilə əlaqələndirilməsi Xəzərin Şərq sahillərindəki neft və təbii qaz ehtiyatalarının da birbaşa dünya bazarlarına ötürülməsini təmin edəcək ki, bu da o regiondakı ölkələrə ciddi iqtisadi və siyasi üstünlüklər gətirəcək.

Hər nə qədər bu iqtisadi layihələr Rusiya və İran kimi regional güclərin mənfəətlərinə əks layihələr olaraq görülsədə əslində bunların müəyyən miqyasda bu ölkələrə də müsbət təsir etməsi mümkündür. Rusiyanın müəyyən bir mərhələdə Cənub və Şərq istiqamətlərində edəcəyi yük daşınmalarında Bakı-Tbilisi-Qars dəmiryolu xəttindən faydalanma ehtimalı çox yüksəkdir.

Azərbaycan və Türkiyə, xüsusilə enerji sahəsində birgə layihələr inkişaf etdirmə və reallaşdırma işində artıq böyük bir təcrübə əldə etmişlər. Qarşıdakı illərdə Azərbaycan və Türkiyənin bu güclü təcrübəyə söykənən, üçüncü ölkələrlə birgə layihələr reallaşdırma istiqamətində də addımlar atması mümkündür və belə bir əməkdaşlıq hər iki ölkəyə də əhəmiyyətli üstünlüklər qazandıra bilər.
Adı çəkilən layihələr əsasında, Azərbaycanın inkişafına müsbət təsir göstərəcək, aşağıdakı təklifləri vermək olar.


  1. Türkiyənin enerji sektoruna investisiyaların artırılması;

  2. Azərbaycanlı təşəbbüskarların Avropa bazarlarına çıxışına dəstək verə biləcək əməkdaşlığın artırılması;

  3. Dünya brendi halına gəlmiş Türkiyə şirkətlərinin təcrübəsindən yararlanmaq;

  4. Bakı-Tbilisi-Ceyhan layihəsi daxilində daşınan xam nefti Ceyhanda emal edərək satışa çıxarmaq;

  5. Eyni zamanda Türkiyə ilə birgə neft emalı sistemi quraraq Türkiyəyə İraq və digər ölkələrdən gələn xam neftin emalını reallaşdırmaq;

  6. Turizm və Maliyyə sektorunda Türkiyəli təşəbbüskarlarla əməkdaşlığın artırılması;

  7. İMKB- nin köməkliyi ilə qlobal maliyyə bazarlarına çıxmaq;

  8. Azərbaycan Neft Fondunda və Mərkəzi Bankda yığılan 50 milyard dollar ehtiyatın bir hissəsiylə Türkiyəyə investisiyalar qoymaq və ya Türkiyə ilə birlikdə üçüncü ölkələrə birgə investisyalar etmək;

  9. Azad Ticarət Zonası daxilində birgə işlər görmək və s.
    Türkiyənin inkişafına isə müsbət təsir göstərəcək, aşağıdakı təklifləri vermək olar.

  10. Neft və təbii qaz axtarışlarında Azərbaycanın 140 illik təcrübəsindən yararlanmaq;

  11. Rusiya bazarında daha təsirli olmaq üçün Azərbaycanlı əməkdaşlardan faydalanmaq;

  12. Gələn il başa çatacaq Bakı-Tbilisi-Qars dəmir yolunun tam həcm işinə iştirak edərək layihənin məhsuldarlığının artırmaq;

  13. Türkiyə limanlarından Azərbaycanın ixracatı üçün istifadə edilməsi

  14. Digər Orta Asiya Türk Respublikalarının dünya bazarına çıxış yolunu təmin edərək tranzit nəqliyyatdan maksimum yararlanmaq;

  15. Turizm və Xidmət sektorunda əməkdaşlıqların artırılması;
    10. Azərbaycanlı investorları ölkə iqtisadiyyatına investisya etmək təşviqlərin artırılması və s.



Yüklə 217,62 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin