1.2. İnvestisiya layihələrinin qiymətləndirilməsi meyarlarının müəyyən
edilməsinin metodolojı əsasları.
İnvestisiya layihələrinin qiymətləndirilməsi meyarlarının müəyyən edilməsi, ölkə iqtisadiyyatı üzərində təsirlərini ölçmək bir o qədər də asan deyildir. Bu baxımdan investisiya nəzəriyyələrini araşdırmaq və bu nəzəriyyələrdə birbaşa xarici investisiyaların ölkə iqtisadiyyatı üzərindəki təsirini təxmin edə bilmək bu yolda atılan ilk addımdır.
İlk olaraq tarixi ardıcıllıqla iqtisadi məktəblərin investisiyalar haqqında görüşlərinə diqqət yetirə bilərik. İlk iqtisadi məktəblərdən biri olan merkantilistlərə görə milli sərvəti pul ilə, pulu isə qiymətli metallarla eyniləşdirmək olar. Merkantilistlər pula kapitalın pul forması kimi baxır və hesab edirdilər ki, pul əvvəlcə məhsuldar, sonra isə əm təə formasına keçməli və beləliklə istehsal prosesinin fasiləsizliyini təmin etməlidir. Əlbəttə ki, merkantilistlər “investisiya” terminindən istifadə etməmişlər, amma düşünürdülər ki, sərvətin toplanması millətin əsas məqsədi ola bilməz, o ictimai təkrar istehsalın bir halqasıdır.
Fiziokratların təlimində investisiyaya daha çox aydınlıq gətirmişdir. Bu məktəbin banisi fransız alimi Fransua Kene investisiyanın natural əsaslı maddi strukturunu müəyyənləşdirmişdir və onların
Eyni sözlərin sayı : 8Ad : BEU/Dessertasiya son pdf SOna.pdf
Müəllif : BEU
ilkin və illik ödənişlərə uyğun ayırmışdır
Eyni sözlərin sayı : 5
Dostları ilə paylaş: |