Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti beynalxalq magistatura və doktorantura məRKƏZİ


İnvestisiya layihələrinin qiymətləndirilməsi meyarlarının elmi əsaslarla təhlili



Yüklə 217,62 Kb.
səhifə24/75
tarix10.01.2022
ölçüsü217,62 Kb.
#109642
1   ...   20   21   22   23   24   25   26   27   ...   75
1.3. İnvestisiya layihələrinin qiymətləndirilməsi meyarlarının elmi əsaslarla təhlili.

Yatırılan investisiyaların istehsal zəncirindəki yerinə görə birbaşa xarici investisiyalar üfüqi (horizontal) investisiyalar və şaquli (vertical) investisiyalara bölünür.

Üfüqi investisiyalar beynəlxalq ticarətin önündəkiəngəllərin olduğu, daşıma xərclərinin bahalı olduğu bir vəziyyətdə istifadə edilən bir metoddur. Bu metoda görə xarici investor öz ölkəsində istehsal etdiyi məhsulu ev sahibi ölkəyə ixrac edə bilmirsə və ya etsə belə rəqabət edə bilmirsə bu cür vəziyyətdə ev sahibi ölkənin bazarını ələ keçirmək üçün ev sahibi ölkəyə birbaşa investisiya qoyur. Bunun sayəsində ev sahibi ölkənin bazarında satış edə bilmək imkanı əldə edir. Belə investisiyaları xarici investor müxtəlif ölkələrdə həyata keçirə bilər. [15.s.69]
Şaquli (vertical) investisiyalar - xəbərləşmə və çatdırmadakı irəliləmələrə, bütün liberallaşma axınlarına rəğmən hələ də ölkələr arasında faktor qiymətləri və təchizatında fərqlər mövcuddur. Bu vəziyyətdə fərqli faktorlar tələb edən istehsal sahələri istehsal mərhələlərinə ayrılır və hər bir mərhələ öz faktorunun ucuz olduğu ölkələrə istiqamətlənir. Sərmayə tutumlu məhsul sərmayənin ucuz, əmək tutumlu istehsal mərhələsi isə əməyin ucuz olduğu yerlərdə həyata keçirilərək xərclər minimumlaşdırılır.

Məqsədinə görə birbaşa xarici investisiyaları bazara yönələn, məhsuldarlığa yönələn, təbii ehtiyatlara yönələn və digər vəsaitlərə yönələn investisiyalar kimi təsnifləşdirə bilərik.

Yenidən yatırılan mənfəət - bu tip investisiyalar daha əvvəl yatırılmış birbaşa xarici investisiyaların nəticəsi olaraq əldə edilmiş mənfəətin bölüşdürülməmiş hissəsinin yenidən investisiya şəklində yatırılmasıdır. Bu cür birbaşa xarici investisiyaların yatırılmasının əsas məqsədi əldə olunmuş yığımın ev sahibi ölkədən xaricə çıxarılmasının qarşısını almaq, həmçinin böyüməyə və yeni sahələrə investisiya qoyma istəyi ola bilər.

İnvestisiya layihələrinin bir sıra özünə məxsus cəhətləri var və bunlar aşağıdakılardır.

Müddət baxımından - investisiya layihələri əsasən uzun müddətli invest isiyalardır. Bir çox halda 5-10 və hətta daha uzun bir dövrü əhatə edir. Belə ki, birbaşa xarici investisiyanın yatırılması üçün aidiyyatı orqanlardan icazənin alınması, investisiyanın yatırılmasının başlanması və bitməsi, istehsala keçilməsi, investisiya xərclərinin geri ödəndikdən sonra gəlir əldə edilməsi orta müddətli bir dövrü əhatə edə bilər.

İdarəetmə baxımından - investisiya layihələrini yatıran ana şirkət törəmə şirkətə bəzi sahələrdə müstəqillik versə də çox vaxt idarəetmə funksiyasını öz əlində saxlayır. Xüsusilə ana şirkət araşdırma və inkişafa (research and development) çəkilən xərcləri, keyfiyyət və standartları maliyyələşdirdikdə çox vaxt konservativ yanaşır.

Kapitalın təkibi baxımından - investisiya layihələrini yatıran investor maliyyə ehtiyatları ilə birlikdə texnologiya, idarəetmə metodu, idarəetmə quruluşunu və s. özü ilə gətirir. Dolaysı ilə birbaşa xarici investisiyalar yatırılarkən ev sahibi ölkənin qazancı ancaq maliyyə ehtiyatlarının cəlb edilməsi deyil, həmçinin ölkənin texologiyaya olan tələbatının da ödənməsidir.

Hüquqı status baxımından - investisiya layihələri yatıran investor cox vaxt hüququ şəxs olur. Bu cür investisiy a yatıran investoru ölkənin hüquqi şəraiti, qanunları, məhkəmə sisitemi, vergi sistemi, gömrük orqanları daha çox maraqlandırır.

Mənfəətin transferi baxımından - Əksərən investisiya layihələri yerləşdirən investor əldə etdiyi mənfəəti öz ölkəsinə transfer etmək istəyir, bu cür davranış dövlətlərin bu mövzudakı hərəkətlərindən asılıdır. Belə ki, bəzən hökumətlər əldə olunan mənfəətin yenidən investisiya şəklində yatırılmasını təmin etmək üçün mənfəət transferi əməliyyatını çətinləşdirirlər.

Çeviklik baxımından - investisiya layihələrinin çeviklik qabiliyyəti portfel investisiyalardan daha aşağı səviyədədir. Çünki, birbaşa xarici



Eyni sözlərin sayı : 5Ad : BEU/Dessertasiya son pdf SOna.pdf


Yüklə 217,62 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin