Cədvəl 2.9. İKT sahəsinə yatırılan BXİ (mln. manat)
|
2006
|
2008
|
2010
|
2012
|
2013
|
2017
|
Xarici İnvestisiyalar
|
3333,1
|
2241,9
|
2406,5
|
3258,9
|
4671,9
|
4903,6
|
İKT-yə qoyulan BXİ
|
80,8
|
31,7
|
0
|
49,4
|
0
|
0
|
Mənbə: ARDSK-nın məlumatları əsasında müəllif tərəfindən hazırlanmışdır.
(www.stat.gov.az/source/communication)
Cədvəldən də göründüyü kimi, 2006-cı ildə İKT sahəsinə yatırılan BXİ 80,8 milyon təşkil etmiş və sonrakı illərdə bu səviyyəy ə bir daha çatmamışdır. Son iki ildə isə bu sahəyə heç bir xarici investisiya yatırılmamışdır.Qeyri-neft sektorunun inkişafında müasir istiqamətlərdən biri olaraq alternativ energetika sahəsi mühüm yer tuta bilər. Ölkədə enerji təminatını həyata keçirmək üçün günəş və külək enerjisindən geniş istifadə edilməlidir. Təbiidir ki, ilk əvvəl günəş və külək enerjisi alınması üçün avadanlıq xaricdən gətirilməli olacaq, lakin sonrakı inkişafında Azərbaycanda da bu avadanlıqların istehsalı həyata keçirilə bilər və bu da öz növbəsində qeyri-neft sektorunun ÜDM-dəki payına öz təsirini göstərəcəkdir.
Dostları ilə paylaş: |