Bu məmulatın gövdəsinə burun və dəstəyin bərkidilən yerində əmələ gələn
çatlardır. Bunlar məmulatın gövdəsinin qurudulma zamanı qeyri-bərabər yığılıb və
25
bişirilməsi nəticəsində əmələ gəlir. Bu nöqsan I sortdan başqa, qalan sortlarda
buraxılır. Bu şərtlə ki, o məmulatın gövdəsi ilə birləşdirilən hissənin mexaniki
davamlılığını aşağı salmır.
Boyağın bişməsi (nedojoq) və həddindən artıq bişməsi.
Bu nöqsan boyanın səthin mexaniki davamlılğını azaldır, bundan başqa
boyaq tutqun və solğun olur. Bişməmiş boyaq məmulat işlədilərkən asan pozulur
və zəif turşu qələvilərin təsirindən xarab olur. Boyağın həddindən artıq bişməsi
nəticəsində naxış yanır və ya rəngi kəskin dəyişir. I sort məmulatlarda bu nöqsana
yol verilmir, qalan sortlarda az miqdarda ola bilər.
II qrup nöqsanlar məmulatın mexaniki xassəsini aşağı salır. Işlədilmə
zamanı məmulatın səthi çirklənir.
III qrup nöqsanlara zibillənmə, xam, pozulub düzəldilmiş yer (pomarki),
sızanaq və qovuq, deşik, basmanın yığışması daxildir.
Zibil. Bu nöqsan kütlədən və kapseldən məmulatın üzərinə düşüb yapəşqan
hissəciklərdən ibarətdir. Zibil nöqsanı şirənin üstündə və altında əmələ gəlir. Çini
qablarda şirənin üstündə əmələ gələn zibillər çox vaxt sürtülüb rədd edilir, lakin
yeri tutqun laka şəklində qalır.
Şirənin üstündə rast gələn toza bənzər zibilə səpki deyilir.
Xal tünd boz, qara və ən çox rast gəlinən qəhvəyi nöqtələrdən ibarətdir ki,
bu kütlənin tərkibində dəmir oksidinin olmasından əmələ gəlir. Məmulatın üz və
arxa tərəfdə bunların buraxıla bilən miqdarı göstərilir. Nu nöqsan az miqdarda
buraxılır.
Deşik. Deşik məmulatı gövdəsində rast gəlir, ikitərəfli və bəzən isə üstü
nazik şirə qatı ilə örtülmüş olur.
Dostları ilə paylaş: