Yeməkxana qabları. Yeməkxana qabları xırda və dərin boşqablar, sup üçün
vaza, kompot və sous üçün vaza, salat qabı, balıq qabı, xren qabı, duz, istiot qabı
daxildir.
Çini boşqablar tutumuna görə dərin və dayaz, formasına görə düz və kəsmə
kənarlı, kənar səthinin xarakterinə görə hamar və kənar qabarıq naxışlı olurlar.
Çinidən olan dərin boşqablar 240 və 200 mm (uşaq üçün)
diametri, dayaz boşqablar isə 200, 240, 175 və 150 mm diametrdə
istehsal edilir. 240
mm diametrdə olan dayaz boşqablara ticarətdə
altlıq (podtarelnitsa), 200
mm diametrdə olanlara qəlyanaltı boşqab,
175
mm
diametrdə
olanlara
desert
boşqab
və
150
mm
diametri
olanlara pirojna qabı deylir.
Bulud forma etibarilə girdə və oval olur. Girdə buludun kənarı hamar yaxud
dilikli düz və tilli olur.
Oval buludlar müxtəlif fasonlarda buraxılır. Adətən girdə buludun diametri
300 və 350 mm, oval buludların isə 350 – 400 və 450 mm olur.
Sup vazası oval və girdə olur. Bunun qapağında bir tərəfdən çömçənin
qulpuna yuva qoyulur. Bunların tutumluğu 2 və 3 litr olur.
Bulyon qabları girdə fasonda, iki qulplu və qapaqlı buraxılır. Qapaqda buxar
çıxması üçün xırda deşik qoyulur. Bulyon qabının tutumu 0,6 litrdən 2,4 litrə qədər
olur.
Sous qabı sup vazından xırda ölçüdə buraxılır (0,8 litr).
Salat qabları forma cəhətdən dördbucaq oval girdə olub, müxtəlif tutumda
hazırlanır. Bunların tutumu 120 – 1400 sm
3
-a qədərdir.
Ərinmiş yağ qabı (podlivoçnik) çinidən hazırlanan ərinmiş yağ qabı altı
boşqablı və altı boşqabsız 30-dan 400 sm
3
-dək tutumda müxtəlif formalarda
buraxılır.
39
Sup qabı çinidən hazırlanır və iri (500 - 1000 sm
3
) və burnu başqa formada
olmaqla qaymaq qabından fərqlənir.
Dolça müxtəlif fasonlarda və müxtəlif formalarda, tutumluğu (750, 900,
1000 və 1400 sm
3
) buraxılır.
Xardal qabı qapaqlı, gövdəsində qaşıq yuvası olan və digər fasonlarda
hazırlanır və tutumu 35 – 50 sm
3
-dur.
Istiot qabı bunun gövdəsində istiot tökülməsi üçün bir sıra deşik olur. Istiot
qabının altında xırda deşik qoyulur və bu da tıxacağa qapanır.
Duz qabı müxtəlif fasonlarda buraxılır və tutumu təxminən 40 sm
3
təşkil
edir.
Pendir lövhəsi düzbucaq qabdan ibarətdir, bunun bir tərəfi yaraşığa və
burada asmaq üçün deşik qoyulur. Çini pendir lövhəsinin ölçüsü 270x180 mm
təşkil edir.
Dostları ilə paylaş: |