Azərbaycan respublikasi təhsil nazirliyi azərbaycan döVLƏt iqtisad universiteti fakultə : «Əmtəəşünaslıq»



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə16/34
tarix12.04.2022
ölçüsü0,5 Mb.
#115254
1   ...   12   13   14   15   16   17   18   19   ...   34
2322-brahimov-V-qar-Agaddin-B-85-26

Rəssamlıq  naxışı.  Bu  fırçanın  köməyilə  qabın  üzərinə  çəkilir.  Naxış 

kompozisiyasına  görə  sadə  və  mürəkkəb  ola  bilər.  Rəssamlıq  naxışı  mürəkkəb 

olaraq çox zəhmət tələb edir. 

Relyef  naxışı.  Relyef  bortlu  yaxud  kənarı  kəsikli  olan  məmulatlar  üçün 

xarakterikdir. Relyef naxışı formaya salınma prosesində əmələ gətirilir. Belə naxış 

boyaq,  yaxud qəzəl preparatı ilə bəzədilir. 

Fotokeramika.  Bu  üsulla  bəzəndirilən  əsası  neqativ  əksin  fotoplastikadan 

məmulatın  səthinə  köçürülməsidir.  Işığa  həssas  təbəqə  ilə  fotoplastika  tozaoxşar 

keramika  boya:  plastinkaya  kollodium  təbəqəsi  çəkilir,  sonra  suda  emulsiya 

təbəqəsi ayrılır ki, bu məmulatın səthinə yerləşdirilir və yandırılır. Təsvir (əks) bir  

daha  olaraq  qəhvəyi  rəngdə  olur.  Keramika  üzərində  foto  rəngli  fotoqrafiyanın 

inkişaf etməsi ilə əlaqədar olaraq geniş yayılmışdır. 

Medalyon girdə, oval, düzbucaqlı yaxud çox bucaqlı haşiyədə (çərçivə) olur. 

Medalyonun sərhəddi əlavə xəttlə yaxud arabeska ilə bəzəndirilir. 

Arabeska qızıl, yaxud  boyaqla çəkilmiş ensiz bort ornamentdir. 

Sirovka relyef naxışları tutqun qızıl örtüyü ilə qravirovka  (həkk) edilmişdir. 

Məmulatda  naxışı  bərkitmək  üçün  mufel  peçində  600-650

0

S  temperaturda 



yandırılır. 

Çini  məmulatlar  naxışın  növünə,  xarakterinə, çox zəhmət tələb etməsinə  və 

mürəkkəbliyinə  görə  birdən  10  qrupa  bölünür.  Lakin  Lomonosov  adına  leninqrad 

çini  zavodunda  naxışın  mürəkkəbliyinə  görə  6-dan  15-dək  qruppada  olur.  Birinci 

qrupa naxışsız yaxud  “ağ”  məmulatlar daxildir. 

Çini  məmulatlarının  bəzəndirilməsi  üçün  daha  mürəkkəb  naxışlar  tətbiq 

edildikdə  onun  qrup  nömrəsinin  qiymətinə  20%,  30%,  40%  və  s.  əlavələr  edilir. 

Məmulatın qiyməti bəzəyin mürəkkəbliyindən asılıdır. 




22 

 

Hər naxışın nömrəsi var, bu iki hissədən ibarət olub tirə ilə bölünür, tirədən 



əvvəl  yazılan  rəqəm  naxışının  qrup  nömrəsini,  tirədən  sonra  yazılan  rəqəm  isə 

bəzəyin  nömrəsini,  tirədən  sonra  yazılan  rəqəm  isə  bəzəyin  nömrəsini  göstərir. 

Kaşı  məmulatlar  çinidən  çox  məsaməli  olması  və  az  mexaniki  möhkəmliyi  ilə 

fərqlənir. Kaşı məmulata zəif toxunduqda da kar səs gəlir və ən nazik təbəqəsi işıq 

keçirmir. 

 

 



 


23 

 


Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin