ilə sıx əlaqədar olmasıdır. Gözəl gəşəng əşyalar yalnız yaşayışı bəzədir, onu
34
Bədii çini məmulatlar klublarda, teatr və mədəniyyət evlərində,
mehmanxana və sanatoriyalarda rast gəlinir.
Çini-kaşı qabların çeşidi sistematik olaraq təzələnir, hər il qabların çeşidi
demək olar ki, 24-25% təzələnir. Bu zaman əsas diqqət ev məişətində işlədilən
yeni formalı əşyaların (nəlbəki, fincan, çaynik, salat qabı), həmçinin sümük
çinisindən yüksək ağlığa və işıq keçirməyə malik olan bədii məmulatların və
cürbəcür bəzəklərlə tərtib edilmiş qabların buraxılışına yönəldilmişdir. Ictimai iaşə
müəssisələri üçün istehsal edilən çini qabların çeşidi təzələnmiş və uzun
ömürlülüyünün artmasına onun istehsalında təminat yaradılmışdır. Aparılan
tədqiqatlara görə belə boşqabların mexaniki möhkəmliyi 18-24 aydır, adi
boşqablarda isə 4-8 aydır.
Çini-kaşı qabların müasir çeşidi üçün keyfiyyəti daim artırılması
xarakterikdir. Ildən-ilə çini-kaşı sənayesində 1 sort məhsulların xüsusi çəkisi artır.
Hazırda məişət çini məmulatlarının verilən tələblərə funksional, erqonomik,
estetik və istifadə zamanı etibarlı olması deməkdir. Funksional tələb məmulatın
ərzaq və içkini saxlamaq üçün yararlı olması, sadəliyi, yüngül olması, funksiyasını
yerinə yetirməkdən ibarətdir. Erqonomik tələb çini məmulatların istifadəsi üçün
rahat və onun gigiyenik xüsusiyyətindən ibarətdir. Estetik tələb çini məmulatının
kompozisiyasının bütövlüyü, gön rasional forması ilə xarakterizə olunur.
Dostları ilə paylaş: