35
Cədvəldən göründüyü kimi məişət keramikasının bütün məhsulunun 70%-ni
boşqab və fincan ilə nəlbəki təşkil edir. Belə çeşid strukturası optimal sayılır.
Onların keyfiyyətini yüksəltmək, hər şeydən əvvəl mexaniki möhkəmliyini
artırmaq hesabına istehsalına ümumi həcmində bu məmulatların xüsusi çəkisi
azaldılır və azaldılacaqdır. Lakin istehsal müəssisələri boşqab, nəlbəki, fincanın
əvəzinə yeni formalı çini qablar istehsal edərsə, bu qablar funksional təyinatına
uyğun gəlmir: Məsələn, tas formalı nəlbəki əvəzinə dayaz nəlbəkilər, Ukraynada
istehsal olunan dərin boşqabın əvəzinə miskillər həm xarici quruluşuna görə, həm
də funksional təyinatına əsasən cavab vermir.
Çini qabların istehsalının ümumi həcmində komplekt məmulatların xüsusi
çəkisi 12% qədər, şərq çeşidli məmulatlar isə (piyalə, kasa və s.) 12% qədər təşkil
edir.
Çini
qabların
çeşidi
kaşıya
nisbətən
genişdir.
Çini
qabların
çeşidində çay və qəhvə təyinatlı məmulatlar daha çox xüsusi çəkiyə
malikdir, kaşı qablarda isə yeməkxana təyinatlı məmulatlara daha üstünlük verilir.
Çini-kaşı qabların bəzək qruplarına əsasən çeşid quruluşu aşağıdakı kimidir.
Dostları ilə paylaş: