əlaqədardır.Çünki hər hansı bir məmulat təyinat etibarı ilə öz funksiyasını yerrinə
yetirə bilmirsə, o digər tələblərə uyğun olsa da, öz təyinatı üçün yararsız
sayılır.Funksioal tələblər məmulatın ərzaq, içki saxlamağa yararlı olmasından,
ərzaq və içkini ondan sadə və asan tökməkdən, həmçinin hər iki funksiyanı yerinə
13
yetirilməsinin universallığından aslıdır. Məmulat birinci halda ərzaq və içkini
keçirməməli və onlara davamlı omalıdır. Onlar həmçinin müxtəlif atmosfer
təsirlərə, kimyəvi, isti, mexaniki təsirlərə qarşı davamlı olmalıdır. Keramika
məmulatlarının müxtəlif təsirlərə davamlılığı keramikanın quruluşundan, keramika
şirəsinin davamlılığından, istilik keçirməsindən, termiki davamlılığından aslıdır.
Məmulatdan istifadə zamanı ərzaq və içkinin asan çıxarılması məmulatın
konstruksiyasından da aslıdır.
Forma anlayışına onun utilitar və estetik tələbə uyğunluğu, məmulatın
davamlılığı,detalların əsas forma və ölçülərinə uyğun gəlməsi daxildir. Məmulatın
forması tətbiq edilən etalona uyğun olmalıdır. Məmulatın forması indiki mərhələdə
ki, üsluba və milli xüsusiyyətlərə cavab verməli, istifadə zamanı rahat olmalıdır.
Daha müvəffəqiyyətli məmulat bəzəyinə və rənginə görə vahid üslubda
olmalıdır. Məmulatın detalları vahid üslub təşkil etməli, eyni zamanda biri
başqasını tamamlamalıdır. Məmulatın forma ölçüsündən onun doldurulma dərəcəsi
aslıdır ki, bu da yuxari hissənin diametri və maksimal hündürlüyü ilə təyin
olunur.Bu funksional bucaqla təyin olunur. Funksional bucaq qabın mailik
bucağıdır ki,bu zaman mayenin ilk damcısı ondan ayrılır. Onun ölçüsü funksiyanı
yerinə yetirən məmulatdan aslıdır.
Dostları ilə paylaş: