Estetik
tələblər.
Çini-kaşı
məmulatları
gözəl
xarici
görünüşü,
naxışlanmasına görə müasir tələblərə uyğun olması, formasının səmərəliliy,
informasiyalığı və istehsalının mükəmmməl yerinə yetirilməsi ilə xarakterizə
olunur. Kompazisiyasının tam olması məmulatın elementlərinin vəhdət təşkil
etməsi və başqa predmetlərə uyğun gəlməsindən ibarətdir.
Məmulatın forması səmərəli olduqda daha davamlı və uzun müddətli
işlədilən olur.Keramika məmulatlarının forması səmərəli olmadıqda az yararlılığa
malik olur.
Çini-kaşıdan oan bədii-dekorativ təyinatlı məmulatların keyfiyyətin
qiymətləndirilməsində estetik xassələrin göstəriciləri xüsusi əhəmiyyətə malikdir.
Ehtibarlılıq. Məişət-kaşı məmulatlarına verilən tələblərdən ən lazımlısı
onların uzun müddət istifadəsi və mühafizəsidir. Məmulatın uzun müddət istifadə
edilməsi fiziki və mənəvi köhnəlmədən, çininin quruluş və konstruksiyasından,
estetik xassələrinin pisləşməsindən aslıdır. Məmulatın mühafizəsi dedikdə hər
şeydən əvvəl istehsal edildikdən sonra onun estetik xassələrinin əvvəlki kimi
saxlanılması kimi başa düşülür. Buna da həmçinin məmulatın daşımanın,
saxlanmasının da təsiri böyükdür.
|