Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad yniversiteti



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə10/30
tarix26.07.2022
ölçüsü1,24 Mb.
#117443
1   ...   6   7   8   9   10   11   12   13   ...   30
Babazad-Az-r-Musaf-ddin

Xalis inhisarçılıq bazarı. Konkret məhsul və ya xidmət bazarında yalnız bir 
satıcının mövcud olduğu bazar xalis inhisarçılıq bazarı hesab olunur. Belə 
bazarlarda yaxın əvəzedicilər olmur, qiymətlər dövlət tərəfindən tatiflər qaydasında 
tənzimlənir. Rəqabət yoxdur, tələb elastik deyildir. Bazara tam nəzarət olunur.
Beləliklə, qeyd etmək lazımdır ki, müəssisənin rəqabət mühiti ümumi və sahə 
mühitinin təsiri altında formalaşır və bazarın rəqabət tipindən birbaşa asılı olur. 


25 
Müəssisənin bazar müvəffəqiyyəti rəqabət mühitini düzgün müəyyənləşdirərək 
öyrənməkdən və ona uyğunlaşmaqdan asılıdır. Deməli, rəqabət bazar 
iqtisadiyyatının inrisafını təmin edən əsas amillərdən biri olmaqla yanaşı, həm də 
müəssisələrin bazar davranışlarını formalaşdıran amillərdən biri iimi çıxış edir. 


26 
FƏSİL II. SIĞORTA BAZARINDA RƏQABƏTİN İDARƏEDİLMƏSİNİN
MARKETİNQ PROBLEMLƏRİ 
 2.1. Bazar təsərrüfatçılığı şəraitində sığorta bazarı və onun
sosial-iqtisadi təbiəti 
 
Sığorta bazarı əsasən bazar prinsipləri əsasında formalaşır və bazar 
iqtisadiyyatının formalaşması və inkişafında özünə məxsus xüsusi yer tutur. Belə 
ki, sığorta fəaliyyəti biznes fəaliyyətinin bir çox istiqamərlətini əhatə edir və bu 
istiqamətlər arasında alınan xammal və materialların, satılan məhsulların, bir sıra 
digər fəaliyyət növlərinin və xidmətlərin sığortalanması xüsusi əhəmiyyət kəsb 
edir. Bu baxımdan, sıöorta fəaliyyəti bazar münasibətlərinin formalaşması və 
inkişafında xüsusi əhəmiyyətə və rola malik olur. 
Bazar münasibətləri şəraitində sığorta bazarının sosial – iqtisadi mahiyyətini 
açıqlarkən “sığorta”nın iqtisadi kateqoriya kimi mahiyyətinin açıqlanmasına diqqət 
yetirmək vacibdir. 
Sığorta (ing. Insurance) – şəxslərin mülki məsuliyyəti, həyatı, sağlamlığı, 
əmlakı, qanunvericiliklə qadağan olunmayan fəaliyyəti, həmçinin sahibkarlıq 
fəaliyyəti ilə bağlı əmlak mənafelərinin müdafiəsi yönündə riskin 
bölüşdürülməsinə və ya ötürülməsinə əsaslanan münasibətlər sistemidir. 
Ümumilikdə sığorta – istehsal münasibətlərinin vacib elementlərindən biridir. Bu, 
istehsal prosesində maddi itkilərin ödənilməsi ilə əlaqədardır və normal, fasiləsiz 
və müntəzəm təkrar istehsalın əsas şərtlərindən biri hesab edilir.
Sığorta bazarı – təsərrüfat subyektləri (sığorta fəaliyyəti ilə məşğul ol 
şirkətlər) tərəfindən sığortalıların sığorta ödənişlərindən formalaşan, sığorta 
hadisəsi nəticəsində sığortalıya dəyən zərərin ödənildiyi, sığorta fondunun 
hesabına hüquqi və fiziki şəxslərin əmlak maraqlarının müdafiəsi ilə bağlı 
münasibətlər sistemidir. Eyni zamanda sığorta bazarı pul münasibətlərinin xüsusi 
sferasıdır. Burada alqı-satqı obyekti kimi sığorta müdafiəsi, təklif və ona olan 
tələbatı formalaşdıran pul münasibətləri formasında nəzərdən keçirilir. 
Sığorta könüllü və icbari formalarda həyata keçirilir. Hər iki sığorta sığortaçı 
ilə sığortalı arasında müqavilə əsasında həyata keçirilir. Könüllü sığortanın 


27 
aparılmasının ümumi şərtlərinin və qaydalarının müəyyən edilməsi sığortaçı 
tərəfindən müstəqil müəyyən olunur. Sığortanın konkret şərtləri sığorta 
müqaviləsinin bağlanması zamanı müəyyən olunur. İcbari sığorta mqvcud 
qanunvericiliyə uyğun olaraq həyata keçirilir. 
Qanunvericiliyə zidd olmayan bir sıra əmlak mənafeləri sığorta obyektlərinə 
aid ola bilər: 
- sığorta olunan şəxsin əmək qabiliyyəti, həyatı, sağlamlığı və pensiya 
təminatı ilə bağlı (şəxsi sığorta); 
- əmlakın sahibliyi, istifadəsi və sərəncamlığı ilə əlaqədar (əmlak sığortası); 
- sığortalı tərəfindən ona və ya fiziki şəxsin əmlakına dəymiş zərərin, 
həmçinin hüquqi şəxsə dəymiş zərərin ödənilməsi ilə bağlı (məsuliyyət sığortası). 
Ölkə ərazisində yerləşən hüquqi şəxslərin əmlak mənafelərinin (təkrar sığorta 
və qarşılıqlı sığorta istisna olmaqla) və ölkənin rezidentləri kimi fiziki şəxslərin 
əmlak mənafelərinin sığortası yalnız sığorta fəaliyyətinin həyata keçirilməsinə 
lisenziyası olan hüquqi şəxslər tərəfindən həyata keçirilə bilər. 
Sığortaçılar sığorta agentləri və sığorta brokerləri vasitəsi ilə sığorta 
fəaliyyətini həyata keçirirlər.Verilmiş səlahiyyətlərə uyğun olaraq sığortaçının 
adından və onun tapşırığı ilə fəaliyyət göstərən fiziki və ya hüquqi şəxslər sığorta 
agentləridir. Sığortalının yaxud sığortaçının tapşırıqları əsasında öz adından sığorta 
üzrə vasitəçilik fəaliyyətini həyata keçirən, sahibkarlar qismində müəyyən olunmuş 
qaydada qeydiyyatdan keçən fiziki və ya hüquqi şəxslər sığorta brokerləri kimi 
fəaliyyət göstərirlər. 

Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin