Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad yniversiteti



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə12/30
tarix26.07.2022
ölçüsü1,24 Mb.
#117443
1   ...   8   9   10   11   12   13   14   15   ...   30
Babazad-Az-r-Musaf-ddin

Xəbərdarlıq funksiyası əsas olaraq sığorta fondu vəsaitlərinin müəyyən 
hissəsi hesabına risklərin azaldılması tədbirlərinin həyata keçirilməsinə 
istiqamətlənir. Qabaqcadan xəbər vermə və ya xəbərdarlıq funksiyası, təsərrüfat 
subyektlərinin və ya əhalinin mümkün itkilərini aradan qaldırmağa çağırış hesab 
olunmaqla bütün fəaliyyətin, əmlakın, həyatın və s. sığortalanmasını anlamına 


29 
gəlir. Bir sözlə sığorta ehtimal olunan və ya gözlənilən itkilərin 
zərərsizləşdirilməsidir.
Sığortaya görə ödənişlər sığorta fonduna cəlb olunduğundan sığorta eyni 
zamanda yığım funksiyasını həyata keçirə bilir. Sığortanın yardımı ilə böyük 
miqdarda pul vəsaitlərinin yığılmasının maliyyə siyasəti baxımından böyük 
əyəmiyyəti var. Bazarda sığorta münasibətləri sisteminin əmanət xarakteri 
daşıması sığorta ödənişləri hesabına sığorta fonduna daxil olan külli miqdarda pul 
vəsait ilə əlaqədardır. Bu da öz növbəsində maliyyə siyasəti baxımından çox 
əhəmiyyətlidir. 
Sığortanın növbəti funksiyası olan nəzarət funksiyası qeyd olunan digər üç 
funksiyanın iqtisadi nəticəsi kimi nəzərdən keçirilir və sığorta münasibətləri 
zamanı sözügedən funksiyalarla birlikdə formalaşır. Bu funksiya sığorta fondu 
vəsaitlərinin optimal qaydada formalaşması və istifadəsi ilə əlaqədardır. Sığorta 
işində nəzarətin qanunverici sənədlər əsasında həyata keçirilməsi eyni zamanda 
maliyyə nəzarətinin həyata keçirilməsində yeni bir element kimi çıxış edir. Bu 
funkisya 
ictimai 
istehsalın 
mütəmadiliyinin 
təmin 
olunmasında 
və 
balanslaşdırılmasında əsas olaraq sığortanın həyata keçirilməsinin son 
nəticələrində özünü göstərir. Son nəticə deyərkən əsasən sığorta əməliyyatlarının 
inkişaf göstəriciləri, sığorta sahələrinin optimallaşdırılması və zərərlərin vaxtında 
aradan qaldırılması nəzərdə tutulur.

Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin