Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad yniversiteti



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə21/30
tarix26.07.2022
ölçüsü1,24 Mb.
#117443
1   ...   17   18   19   20   21   22   23   24   ...   30
Babazad-Az-r-Musaf-ddin

 Satışın həvəsləndirilməsi. Bazarda uğur qazanmaq üçün sığortalılar 
məhsulu bazara çıxarılmamışdan əvvəl tanımalı və onu gözdəməlidirlər. Əlbəttə ki, 
məhsul bazara çıxarılandan sonra da məhsul satışının stimullaşdırılması satışın 
həcmini dəfələrlə artıra bilər. Bu məqsədlə şirkətlər müştərilərə təsir etmənin geniş 
yayılmış metodlarından istifadə edirlər. Bu metodları üç əsas istiqamətdə 
qruplaşdırmaq olar:
- reklam fəaliyyəti vasitəsilə;
- qaydalarda müştəriləri cəlb edə biləcək şəkildə dəyişiklərin edilməsi;
- vasitəçilərin həvəsləndirilməsi. 
Sığortlıların müxtəlif növ reklam vasitələri ilə cəlb olunması rəqabət 
mübarizəsinin əsas alətlərindən biridir. Reklam üç əsas təsir vasitəsinə malikdir:
- sığorta şirkəti və həyata keçirdiyi soğorta növləri haqda sığortalıları 
məlumatlandırmaq;
- sığorta müqaviləsinin bağlanmasına inam yaratmaq
- sığorta müqaviləsinin leyhinə qərar qəbul etmək.
Adətən sığorta sahəsində reklamı iki növə ayırırlar: sığorta şirkətinin imic 
reklamı və sığorta xidmətlərinin reklamı. Sığorta şirkəti haqda reklamın məqsədi 
şirkətin müsbət imicinin yaradılması və ictimayətdə lazımi fikr formalaşdırmaqdır. 
Amma sığorta şirkəti üçün ən yaxşı imic reklamı onun vaxtında və qanuna uyğun 
şəkildə ödədiyi sığorta ödənişidir. İmic reklamının əsas məqsədləri aşağıdakılardır:
- sığorta şirkəti haqda inam və məqsədyönlü təsəvvür yaratmaq;
- sığortalı ilə sığortaçı arasındakı münasibətlərin davamlılığını təmin etmək;
- rəqib sığortacılar üzərində üstünlük qazanmaq.


58 
Sığorta xidmətlərinin reklamının məqsədi fiziki və hüquqi şəxslərdə sığorta 
müqaviləsinə təlabatın yaradılmasıdır. Bu reklamın qarşısında duran əsas 
tapşırıqlar aşağıdakılardır:
- potensial istehlakçıları mövcud sığorta növləri ilə tanış etmək;
- sığorta şirkəti tərəfindən təklif olunan sığorta xidmətləri haqda 
infarmasiyanın yayılması;
- sığorta şəhadətnamələrinin satışının stimullaşdırılması. 
Beləliklə, qeyd etmək lazımdır ki, sığorta bazarında marketinqin tədqiqi 
sığortaçı ilə sığortalı arasında qarşıliqlı əlaqəni yaxşılaşdırmağa, iqtisadi – maliyyə 
münasibətlərini 
optimallaşdırmağa 
imkan 
verir, 
sığorta 
şirkətlərinin 
rəqabətqabiliyyətliliyinin yüksəldilməsi amili kimi çıxış edir. 


59 

Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin