Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad yniversiteti



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə24/30
tarix26.07.2022
ölçüsü1,24 Mb.
#117443
1   ...   20   21   22   23   24   25   26   27   ...   30
Babazad-Az-r-Musaf-ddin

 Qiymət (price). 
Qiymət məqsədli bazara təsir etmək üçün ən vacib vasitələrdəndir. Bu 
səbəbdən, 
sığorta şirkətlərində qiymət və ona təsir edən amillər 
müəyyənləşdirilməli və xüsusi olaraq nəzərə alınmalıdır. Bu sahədə qiymətə dair 
qərarlara iki fərqli amil təsir edir: 
- sığorta polislərinə nisbətən yığım 
- yığıma nisbətən faiz gösətirici 
Sığorta şirkətinin qiymətlə bağlı strategiyası şirkətin bazardakı durumuna, 
müştərilərə, məqsədli bazara və uyğun olaraq aşağı və yaxud yuxarı qiymət 
siyasəti əsasında formalaşır. Sığorta məhsulunun qiymətindəki dəyişikliyin sığorta 
çantasındakı müştərilərin sayına olan nisbəti qiymətə nəzərən sığorta xidmətləri 
istehlakının elastikliyi adlandırılır. Qiymətlərdə dəyişikliyin hiss edildiyi zaman 
müştərilərin sayının dəyişməsi tezliyi nə qədər az olarsa, istehlakın elastikliyi 


64 
dəbuna uyğun olaraq dəyişir.İstehlakın elastiklik göstəricisi sığortaçının qiymətlər 
üzrə siyasətinin müəyyənləşdirilməsində ən mühüm göstəricilərdən biri hesab 
olunur. Məsələn, ölkəmizdə (MDB-də olduğu kimi) qiymət üzrə istehlakın 
elastikliyi inkişaf etmiş ölkələrə nisbətən xeyli yüksəkdir. Bu hər şeydən əvvəl 
insanların iqtisadi təfəkkürü, sığorta mədəniyyəti və s. amillərlə əlaqədardır. 
Məkan (place). 
Marketinq-miksin digər vacib elementlərindən biri olan məkan iki vacib 
aspektlə xarakterizə olunur: 
- satışla məşğul olan heyətin idarə edilməsi 
- filialların yerləşmə coğrafiyası. 
Agentlərin və satıcıların idarəedilməsi sığorta marketinqinin vacib hissəsi 
olmaqla bölmələr arasında sıx əlaqələrin yaradılmasına əsaslanır və müştəriyə 
istiqamətlənən marketinq fəaliyyətinin optimal səviyyədə tətbiqinə imkan yaradır. 
Satış xidmətinin təşkilinin marketinq prinsipləri əsasında qurulması satışın 
səmərəliliyini yüksəltməyə imkan verir.
Filialların yerləşmə coğrafiyasına gəldikdə isə qeyd etmək olar ki, sığorta 
şirkətinin filiallarının daha çox potensial müştərilərin olduğu regionlarda 
yerləşməsi marketinq strategiyasının qarşıya qoyulan məqsədlərə çatmağında 
olduqca vacibdir. Bu baxımdan filialların yerləşmə coğrafiyası məsələsini səmərəli 
şəkildə həll etmək çirkətlərdən yaradıcı yanaşma tələb edir. 

Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin