Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad yniversiteti



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə25/30
tarix26.07.2022
ölçüsü1,24 Mb.
#117443
1   ...   22   23   24   25   26   27   28   29   30
Babazad-Az-r-Musaf-ddin

Təşviqat (promotion). 
Sığorta məhslunun bazarda maksimum irəlilədilməsi ilə bağlı marketinq 
fəaliyyətinin nəticəsi effektiv təşviqatın aparılmasından asılıdır. Xüsusilə ölkədə 
yaşayan insanların sığorta haqqında maarifləndirilməsinə ehtiyac olduğundan 
sığorta şirkətləri tərəfindən həyata keçirilən promo tədbirlər bu istiqaməti əhatə 
etməsi tələb olunur. Təşviqat tədbirlərin həyata keçirildiyi zamanı şirkət öz 
agentliklər şəbəkəsini və filiallarını da nəzərə almalıdır. 
Təşviqat tədbirlərin vacib və ayrılmaz tərkib hissəsi reklam hesab olunur. 
Sığorta məhsullarının reklamının həyata keçirilməsi zamanı istifadə edilən üsul və 
vasitələr say etibarı ilə çox və müxtəlif olmasına baxmayaraq, onlardan yalnız 


65 
sığorta məhsulunun əsas xüsusiyyətləri ilə uyğunlaşan və bütün məhsullara uyğun 
olanının seçilməsi çox vacib şərtdir. İnternetdən istifadə edənlərin sayının artması 
sığorta bazarında internet marketinqin də inkişafının vacibliyini ön plana çəkir. 
İnternet üzərindən marketinq fəaliyyəti həyata keçirilən zaman nəzərə alınmalı 
olan əsas amillərdən biri kimi internet vasitəsi ilə sığorta məhsulunun satışının 
həyata keçirilməsi imkanının olması və internet vasitəsilə müştərilərlə əlaqə 
qurulması üçün istifadə edilməsini qeyd etmək olar. Bundan əlavə sığorta 
məhsulunun bazarda irəlilədilməsi üçün marketinq fəaliyyətinin həyata keçirilməsi 
zamanı nəzərə alınması vacib olan digər bir detal şirkətin veb səhifəsidir. 
İstehlakçılar internet şəbəkəsinə qoşulma imkanlarının olduğu təqdirdə dünyanın 
istənilən nöqtəsində istədiklərini əldə etmək imkanına malikdirlər. Belə olan halda, 
bu vəziyyət şirkətlərə müştəriləri cəlb edə biləcək bir veb səhifə yaradaraq satış 
prosesini gücləndirməyə imkan verir və bu, hədəflənən kütləyə çatmağa imkan 
verəcək yardımçı üsuldur. 
Veb səhifə yaradılarkən sığorta şirkəti 7 elementi nəzərə almalıdır. Bunlar 
aşağıdakılardır: 

Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin