Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad yniversiteti



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə27/30
tarix26.07.2022
ölçüsü1,24 Mb.
#117443
1   ...   22   23   24   25   26   27   28   29   30
Babazad-Az-r-Musaf-ddin

İnsanlar (people). 
Bu element barədə danışarkən insanların, başqa sözlə müştərilərin başa 
düşülməsi, onların tələbat və ehtiyaclarına uyğun gələn sığorta məhsulunun 
yaradılması prosesindən söhbət açmaq olar. İnsanlarla sıx və qarşılıqlı əlaqələri 
özündə əks etdirən bu fəaliyyət sahəsi xidmət sahəsi olduğundan resurslardan 
səmərəli istifadəsini tələb edir. Heyətin müştərilərin təlabinə uyğun fəaliyyət 
göstərməsi şirkət üçün ən vacib şərtlərdəndir. Eləcə də, elektron resursların hər 
sahəni əhatə etməsi və əlverişli olması onu tələb edir ki, sirkətlər resurs imkanları 
hesabına müştəriyə daha yaxın olsun və bu resursları tam əhatə etsin. 
Proses (process). 
Marketinq-miksin bu elementindən danışdıqda ümumilikdə məhsulun 
satışına qədərki və satış prosesindən sonrakı dövrdə həyata keçirilən əməliyyatların 
idarə edilə bilinməsi xüsusiyyəti nəzərdən keçirilir. Ödənişlərin dəqiqliyi və sürəti 
də, burada nəzərə alınan meyarlardan hesab olunur və müştəri üçün daha asan və 
əlverişli olması vacibdir. Eyni zamanda texnoloji imkanlardan maksimum istifadə 
əlavə xərclərdən azad olunmağa imkan yaradır ki, bu da öz növbəsində müştərilərə 
göstərilən xidmətlərinin optimallaşdırılmasına şərait yaradır. Bütün bun qeyd 
olunanlar daha rentabelli marketinq startegiyasının formalaşmasına və 
ümumiyyətlə şirkətin rentabellilik səviyyəsinin yüksəlməsinə səbəb olur. 
Fiziki ətraf (physical distribution)
Marketinq-miksin elementləri içərisində sonuncu olmaqla paylaşma və 
bölünmə kimi sığorta şirkətlərinin uğurlu fəaliyyətinin vacib elementi hesab 
olunur. Buraya şirkətin sığorta məhsulunun satış fəaliyyətinə təsir edən real və 
potensial alıcılarla əlaqəni daha da asan edən çoxsaylı marketinq elementləri 
daxildir. 
Yuxarıda qeyd olunanlar müasir dövrdə sığorta sahəsində formalaşan 
marketinq-miks elementlərinin lazımı həddə tətbiq edilməsinin bazarın inkişafında 
vacib olduğunu bir daha ortaya qoyur və bu istiqamətdə yüksək rolunun olduğunu 


68 
üzə çıxarır, sığorta şirkətlərinin marketinq strategiyasının formalaşmasının əsasını 
təşkil edir. 

Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin