27
aparılmasının ümumi şərtlərinin və qaydalarının müəyyən edilməsi sığortaçı
tərəfindən müstəqil müəyyən olunur. Sığortanın konkret şərtləri sığorta
müqaviləsinin bağlanması zamanı müəyyən olunur. İcbari sığorta mqvcud
qanunvericiliyə uyğun olaraq həyata keçirilir.
Qanunvericiliyə zidd olmayan bir sıra əmlak mənafeləri sığorta obyektlərinə
aid ola bilər:
- sığorta olunan şəxsin əmək qabiliyyəti, həyatı, sağlamlığı və pensiya
təminatı ilə bağlı (şəxsi sığorta);
- əmlakın sahibliyi, istifadəsi və sərəncamlığı ilə əlaqədar (əmlak sığortası);
- sığortalı tərəfindən ona və ya fiziki şəxsin əmlakına dəymiş zərərin,
həmçinin hüquqi şəxsə dəymiş zərərin ödənilməsi ilə bağlı (məsuliyyət sığortası).
Ölkə ərazisində yerləşən hüquqi şəxslərin əmlak mənafelərinin (təkrar sığorta
və qarşılıqlı sığorta istisna olmaqla) və ölkənin rezidentləri kimi fiziki şəxslərin
əmlak mənafelərinin sığortası yalnız sığorta fəaliyyətinin həyata keçirilməsinə
lisenziyası olan hüquqi şəxslər tərəfindən həyata keçirilə bilər.
Sığortaçılar sığorta agentləri və sığorta brokerləri vasitəsi ilə sığorta
fəaliyyətini həyata keçirirlər.Verilmiş səlahiyyətlərə uyğun olaraq sığortaçının
adından və onun tapşırığı ilə fəaliyyət göstərən fiziki və ya hüquqi şəxslər sığorta
agentləridir. Sığortalının yaxud sığortaçının tapşırıqları əsasında öz adından sığorta
üzrə vasitəçilik fəaliyyətini həyata keçirən, sahibkarlar qismində müəyyən olunmuş
qaydada qeydiyyatdan keçən fiziki və ya hüquqi şəxslər sığorta brokerləri kimi
fəaliyyət göstərirlər.
Dostları ilə paylaş: