30
həyata keçirilə bilər. Bu isə sığortanın təşkilati təsnifləşdirilməsidir. Hər hansı
təsnifləşdirilmənin əsasını elə əlamətlər təşkil etməlidir ki, bütün həlqələrin
qarşılıqlı şəkildə əlaqələrini təmin edə bilsin. Təsnifatın əsasını
iki əlamət təşkil
edir ki, bunlar sığorta məsuliyyətinin və sığorta obyektlərinin səviyyəsində
fərqlərdir.
Yuxarıda qeyd olunanlara uyğun olaraq iki təsnifləşdirmə əlaməti tətbiq
edilir:
- sığorta obyektləri üzrə;
- təhlükəlilik səviyyəsi üzrə.
Sığorta obyektləri üzrə təsnifat ümumi xarakter daşıyır, təhlükəlilik səviyyəsi
üzrə təsnifat isə əmlak sığortasını əhatə etdiyindən sahə xarakteri daşıyır.
Sığorta münasibətləri könüllü və məcburi formalarda realizə olunur.
Sığortanın məcburi forması dövlət tərəfindən qanunvericiliyə əsasən həyata
keçirilmək şərtilə cəmiyyətin mənafelərinin qorunması
və təmin edilməsi üçün
hüquqi və fiziki şəxslərin sığorta edilməsidir. Bu müəyyən sığortalanmış qrupların
qəti şəkildə müəyyənləşdirilmiş sığorta ödənişinin həyata keçirilməsi anlamına
gəlir. Yəni maddi zərərin ödənilməsi və ya pul formasında yardım göstərilməsi
lazım olduqda bu, nəinki konkret zərərçəkmişin marağına, eləcə də, ictimai marağa
xidmət edir. Bir sözlə, məcburi sığorta sığortaçını müdafiə edir. Bu səbəbdən hərbi
xidmətçilərin sığortası, sosial sığorta və bir neçə digər sığorta forması ölkəmizdə
məcburi sığorta kimi nəzərdən keçirilir. Məcburi sığortada bu prinsiplər
fərqləndirilir: Sığorta edən müəyyən olunmuş obyektlərin sığortalanması üçün
məcburi sığorta qanununu tətbiq edir, sığorta olunan isə sığorta
ödənişini həyata
keçirməlidir. Qanunda əsasən aşağıdakı məsələlər nəzərə alınır:
- məcburi sığortalanmalı olan obyektlərin siyahısı;
- sığorta məsuliyyətinin səviyyəsi;
- tarif dərəcələrinin tətbiqində nəzərə alınan qaydalar;
- sığorta ödənişlərinin həyata keçirilmə dövrü;
- sığorta olunanın və sığorta edənin vəzifə və hüquqları.
31
Bir qayda olaraq məcburi sığorta qanununun tətbiq olunması dövlət sığorta
orqanlarına həvalə edilir və məcburi sığorta fəaliyyətinin həyata keçirilməsində
səlahiyyətli orqanlar qanunvericilik əsasında müəyyənləşdirilir. Qanunda məcburi
sığortası nəzərdə tutulmuş obyektlərin sığortalanmasının
bütövlükdə əhatə
olunması vacib şərtlərdən hesab olunur və bu səbəbdən sığorta orqanları tərfindən
hər il sığortalanmış obyektlərin ölkə üzrə qeydiyyatı aparılır, sığorta ödənişlərinin
müəyyən olunmuş müddətə yığılması və hesablanması həyata keçirilir. Digər vacib
şərtlərdən biri Qanunda məcburi sığortası nəzərdə tutulmuş obyektlərin avtomatik
olaraq əhatə olunmasıdır. Yəni məcburi sığorta obyektlərindən heç biri bu
prosesdən kənarda qala bilməz. Məcburi sığortanın sığorta ödənişlərinin həyata
keçirilib-keçirilməməsindən asılı olmayaraq
fəaliyyət
göstərdiyi
üçün
sığortalananlar sığorta ödənişlərini həyata keçirmədiyi
hallarda məsələ məhkəmə
qaydasında nəzərdən keçirilir.
Məcburi sığortanın müddətsizlik xüsusiyyəti mövcuddur. Sığortaçının sığorta
olunmuş əmlakdan ümumilikdə istifadə etdiyi dövr ərzində məcburi sığorta
fəaliyyəti həyata keçirilir. Bu sığorta yalnız köhnəlmiş və sahibsiz əmlak
nümunələri üçün nəzərdə tutulmamışdır. Əmlakın başqasının mülkiyyətinə keçdiyi
vaxt isə sığorta dayandırılmır, yalnız sığortalanmış əmlak məhv olduqda öz
qüvvəsini itirir.
Məcburi sığortadan fərqli olaraq sığortanın digər forması olan könüllü
sığortada sığorta müqaviləsi könüllülük prinsipi əsasında bağlanır.
Qanunvericilikdə nəzərdə tutulmuş qaydada könüllü sığortanın ayrı-ayrı növü
üzrə xüsusi qaydalar müəyyənləşdirilir və dövlət sığorta nəzarəti orqanları
tərəfindən lisenziya verilir. Bir qayda olaraq sığortanın könüllü formasında
müqavilələr əvvəlcədən müəyyənləşdirilmiş sığorta müddəti üçün bağlanılır.
Bu sığorta formasının bir sıra prinsipləri mövcuddur:
1.
Könüllü sığorta könüllü əsaslarla və qanuni yolla fəaliyyət göstərir.
Könüllü sığortana biləcək bütün obyektlərr qanun tərəfindən müəyyənləşdirilir və
konkret şəraitin tənzimlənməsində sığorta qaydalarından istifadə olunur.
32
2.
Sığortada könüllü iştirak. Əgər mövcud vəziyyətlə sığorta şərtləri
arasında ziddiyyət yoxdursa, bu zaman sığortaçının müvafiq obyekti
sığortalamamağa haqqı yoxdur.
3.
Sığortanın könüllü formasında obyektlərin müəyyən hissəsinin
Dostları ilə paylaş: