50
xidmətin keyfiyyətinin; - həyata keçirdiyi satışın
həcminin; - ən nəhayət reklam
fəaliyyətinin müəyyən olunması;
3. Digər bazar iştirakçılarının fəaliyyətinin tədqiqi, o cümlədən: - sığorta
broker
fəaliyyətinin; - sığorta agent fəaliyyətinin; - filial və nümayəndəliklərin
fəaliyyətinin araşdırılması;
4. Bu mərhələdə yuxarıda göstərilən tədbirlərlə yanaşı
şirkət fəaliyyət
göstərmək istədiyi ölkənin siyasi, sosial-iqtisadi və demoqrafik vəziyyətini, sığorta
bazarında rəqabətin və inhisarçılığın səviyyəsini də öyrənməlidir. Digər
sığortaçıların fəaliyyəti, onların sayı, maliyyə gücü və təklif etdikləri sığorta
növlərinin həcmi təhlil edilir.
Sığorta bazarında tələbin ödəmə qabiliyyəti və onun artım imkanları
qiymətləndirilir. Bunlarla yanaşı müştərilərin konkret sığorta növlərinə, failiyyətdə
olan sığorta təşkilatlarına və ümumiyyətlə sığortaya
olan münasibətlərini
öyrənmək məqsədləri onlar arasında müxtəlif sorğular keçirilir. Toplanmış bütün
informasiyaların təhlilindən sonra əldə olunmuş məlumatlar əsasında sığorta
xidmətləri bazarının həcmi və digər sığortaçıların potensial imkanları
proqnozlaşdırılır. Təhlil edilmiş məlumatların əsasında şirkət öz gələcək fəaliyyət
planını işləyib hazırlayır. Bu plan aşağıdakı müddəaları özündə əks etdirir:
1) Növbəti dövr üçün şirkətin məqsədlərinin və strategiyasının müəyyən
olunması;
2) Sığortalının sinfinin, ödəmə qabiliyyətinin və həcminin öyrənilməsi;
3) Sığorta bazarında təklif olunacaq sığorta
xidmətlərinin müəyyən
olunması;
4) Sığorta məhsullarının satışı və həvəsləndirlməsi metodlarının seçilməsi.
Bəzən şirkətlər strateji planlamaya əhəmiyyət verməyərək onun bazar
qanunları ilə uzlaşmayacağını düşünürlər. Onlar belə fikirləşirlər ki,
bazarda
vəziyyət çox sürətlə dəyişdiyindən planlamadan lazimi nəticəni əldə etmək
mümkün deyil. Amma elə məhz strateji planlama gözlənilməz dəyişmələrə hazır
edir. Strateji planlama hər bir şirkət üçün həqiqətəndə çox böyük faydalar gətirə
51
bilər. Planlaşdırma, şirkət rəhbərini şirkətin bu günkü bazar fəaliyyəti ilə yanaşı
onun gələcəyi haqda da düşünməyə məcbur edir.
Azərbaycanda bazar iqtisadiyyatına keçid dövrünün əvvəllərindən sığorta
bazarı sürətlə formalaşmağa və inkişaf etməyə başlamışdır. 1991 – 2015 ci illərdə
Azərbaycanda yaradılan və fəaliyyət göstərən sığorta şirkətlərinin sayını və
strukturunu 2.1 saylı cədvəldə nəzərdən keçikək:
Cədvəl 2.1
Azərbaycanda 1991 - 2015 ci illərdə fəaliyyət göstərən sığorta şirkətlərinin sayı və
strukturu
Dostları ilə paylaş: