58
Sığorta xidmətlərinin reklamının məqsədi fiziki və hüquqi şəxslərdə sığorta
müqaviləsinə təlabatın yaradılmasıdır. Bu reklamın qarşısında
duran əsas
tapşırıqlar aşağıdakılardır:
- potensial istehlakçıları mövcud sığorta növləri ilə tanış etmək;
- sığorta şirkəti tərəfindən təklif olunan sığorta
xidmətləri haqda
infarmasiyanın yayılması;
- sığorta şəhadətnamələrinin satışının stimullaşdırılması.
Beləliklə, qeyd etmək lazımdır ki, sığorta bazarında
marketinqin tədqiqi
sığortaçı ilə sığortalı arasında qarşıliqlı əlaqəni yaxşılaşdırmağa, iqtisadi – maliyyə
münasibətlərini
optimallaşdırmağa
imkan
verir,
sığorta
şirkətlərinin
rəqabətqabiliyyətliliyinin yüksəldilməsi amili kimi çıxış edir.