5
- bazar təsərrüfatçılığı şəraitində sığorta bazarı və onun social – iqtisadi
təbiətinin araşdırılması.
- sığorta bazarında marketinq fəaliyyətinin səciyyəvi xüsusiyyətlərinin
müəyyənləşdirilməsi;
- sığorta bazarının marketinq tədqiqi
onun rəqabət qabiliyyətinin
yüksəldilməsi amili kimi.
- sığorta bazarının marketinq kompleksinin işlənib hazırlanması.
- marketinq qərarları əsasında sığorta bazarının inkişaf istiqamətlərinin
müəyyənləşdirilməsi;
Dissertasiya işinin
predmetini sığorta bazarında marketinqin tətbiqi,
sığortaçıların rəqabətqabiliyyətliliyinin təmin
edilməsi və yüksəldilməsi
problemləri təşkil edir.
Dissertasiya işinin
obyektini ölkənin sığorta bazarı və bu bazarda fəaliyyət
göstərən milli sığorta şirkətləri təşkil edir.
Dissertasiya işinin
nəzəri və metodoloji əsasını dünyanın və Azərbaycan
Respublikasının bir sıra iqtisadçı alimlərinin bu istiqamətdə apardıqları praktiki və
elmi tədqiqatları təşkil edir. Tədqiqat işində sığorta marketinqinin və rəqabətin
tədqiq edildiyi fundamental əsərlər və müasir nəşrlərin elmi nəticələrindən istifadə
edilmişdir. Tədqiqat prosesində sistemli
yanaşma və müqayisəli təhlilə, statistik,
ekonometrik və qrafik üsullara müraciət edilmişdir.
Dissertasiya işinin
informasiya bazasını Azərbaycan Dövlət Statistika
Komitəsinin
illik məcmuələri, mövzuya aid elmi əsərlər və məqalələr, rəsmi
məlumat və hesabatları təşkil etmişdir.
Dostları ilə paylaş: