6
- sığorta bazarının marketinq kompleksinin işlənib hazırlanması
prosesinin
təkmilləşdirilməsi istiqamətləri göstərilmişdir;
-marketinq qərarları əsasında sığorta bazarının inkişaf istiqamətləri
müəyyənləşdirilmişdir;
- sığorta marketinqinin təsərrüfat subyektləri
tərəfindən tətbiq edilməsinə,
onun əsasında şirkətlərin rəqabətqabiliyyətliliyinin artırılmasına, ümumilikdə
sıöorta bazarının inkişafına dair elmi cəhətdən əsaslandırılmış
təkliflər və
tövsiyələr verilmişdir.
İşin praktiki əhəmiyyəti. Dissertasiyada irəli sürülən təklif və tövsiyələr
sığorta bazarında rəqabətqabiliyyətli təsərrüfat subyektlərinin formalaşdırılması
baxımından mühüm əhəmiyyət kəsb edir. Dissertasiya
işinin nəticələrindən
mülkiyyət formasından asılı olmayaraq bütün sığortaçılar, həmçinin, sığorta
sahəsi
ilə əlaqəli olan bütün hüquqi və fiziki şəxslər, dövlət orqanları
istifadə edilə
bilərlər.
İşin strukturu və həcmi. Dissertasiya işi girişdən,
üç fəsildən, nəticə və
təkliflərdən, ədəbiyyat siyahısından ibarətdir. İşin ümumi həcmi 80 səhifədir. İşdə
6 şəkil, 3cədvəl verilmişdir.