24
müəssisələrin marağı yüksək olur. Müəssisələr əmtəələrin və firmaların yaxşı
imicinin yaradılması məqsədilə zəruri tədbirlər həyata keçirirlər, Belə bazarlarda
məhsulların qiymətinin aşağı səviyyədə formalaşması baş verir. Tələbin elastikliyi
yüksək olur.
Oliqapolik rəqabət bazarı bir neçə iri firmanın fəaliyyət göstərdiyi
bazarlardır. Bu bazarlarda məhsullar differensiallaşdırılaraq bazara çıxarılır.
Müəssisələr liderlik uğrunda mübarizə aparırlar. Hər bir müəssisə bazarda lider
olmağa çalışır, onlar arasında rəqabət əsasən əmtəə markalarının rəqabəti
formasında baş verir. Müəssisələr arasında məhsulun keyfiyyəti uğrunda mübarizə
aparılır. Belə bazarlarda qiymət rəqabəti demək olar ki, olmur. Müəssisələr əksər
hallarda qeyri rəsmi razılaşmalar əsasında məhsullarına yüksək qiymət
müəyyənləşdirirlər Bununla belə tələbin elastikliyi mövçud olur. Dövlət qismən
bazara nəzarət etmək imkanına malik olur. Bu bazarlara daxil olma maneələri
yüksək olur. Yeni müəssisələrin bazara daxil olması çətin olur.
İnhisarçı rəqabət bazarı. Konkret məhsul üzrə bir və ya iki inhisarçı
müəssisənin mövcud olduğu bazarlar inhisarçı rəqabət bazarı hesab olunurlar.
Belə bazarlarda inhisarçı müəssisələr bazara eyni və ya differensiallaşdırılmiş
məhsullar çıxarırlar. Marketinq üsullarının və strategiyalarının tətbiqi üstünlük
təşkil edir. Rəqabətdə bazar seqmentini tutmağa imkan verən məhsulların
fərqləndirici xüsusiyyətlərinə görə uğur qazanan müəssisə daha üstün mövqeyə
malik olur. Tələb nisbətən az elastikdir və innovasiyaya meyllilik yüksəkdir.
Müəssisələrin təşkilati idarəetmə strukturu çevik olmalı, tez-tez dəyişməli,
istiqamətlənməlidir. Dövlətin inhisarçı rəqabət bazarına nəzarəti mövcuddur.
Bazara daxil olma maneələri yüksəkdir.
Dostları ilə paylaş: