sığortalanması mümkündür. Nəzərə alınmalıdır ki, könüllü sığrota edilməsi
mümkün olan obyektlərin mülkiyyətçiləri hamısı sığortada iştirak etməyi
arzulamır. Eyni zamanda, sığorta müqaviləsinin bağlanması üçün sığorta şərtlərinə
uyğun olaraq bəzi məhdudiyyətlər vardır.
4. Könüllü sığorta həmişə sığorta müddəti ilə məhdudlaşdırılır. Müddətin
başlama və bitmə vaxtı xüsusilə müəyyənləşdirilir və bu müddət müqavilədə əks
etdirilir. Bu sığorta formasında fasiləsizliyin təmin edilməsi yalnız müddət sona
çatmamışdan öncə təkrar müqavilənin bağlanması ilə mümkündür.
5. Könüllü sığorta, sığorta ödənişlərinin nəinki bir dəfəyə, eləcə də dövrü olaraq ödəmə şəraitində fəaliyyət göstərir. Belə ki, sığorta müqaviləsi sığorta
ödənişlərinin bir dəfəlik və yaxud dövrü olaraq həyata keçirilməsi şəraitində
qüvvəyə minir. Belə olan halda ödənişlərin həyata keçirilməməsi uzunmüddətli
sığorta müqaviləsinə xitam verilərək fəaliyyətin dayandırılmasına səbəb olur. Azərbaycan Respublikasının “Sığorta haqqında” Qanununa əsasən həyat və
qeyri-həyat sığortası sahələri fərqləndirilir. Sığortaçıların qeyd olunan sahələrdən
biri və ya eyni zamanda hər ikisi üzrə fəaliyyət göstərməsi mümkündür.
Həyat sığortası – sığortalının ölümü, iş qabiliyyətinin, sağlamlığının əlilliyə
yaxud qocalığa görə qismən və ya təmamilə itirilməsi halları üçün nəzərdə
tutulmuş sığorta sahəsidir. Bu sığorta üzrə müqavilə müddəti bitdiyi halda və
yaxud sığorta hadisəsi baş verdikdə müqavilədə qeyd olunmuş qayda və şərtlər
daxilində sığorta məbləği sığortaçıya və yaxud onun varisinə ödənilir. Bu sığorta
sahəsi üzrə bağlanan sığorta müqavilələri uzunmüddətli xarakter daşıyır və bu
müddət ərzində ortaya çıxmış inflyasiya səviyyəsi sığortalıya sığorta müqaviləsi
əsasında təminatına maneçilik yarada bilər. Bu səbəbdən sığorta şirkəti öz fəaliyyət
prinsiplərini elə müəyyənləşdirməlir ki, qəbul etdiyi öhdəlikləri müqavilədə qeyd
olunmuş şərtlər daxilində həyata keçirə bilsin.
33
Qeyri-həyat sığortası – sığorta hadisəsi baş verdiyi təqdirdə sığortaçıya
dəymiş zərərin ödənilməsi şərti ilə onun əmlakı, əmlak mənafeləri və məsuliyyəti
ilə əlaqədar risklərin sığortasıdır.