35
Maliyyə Nazirliyinin Baş Dövlət Sığorta Nəzarəti İdarəsi (hazırda sığorta xidməti)
həyata keçirir. Onun əsas funksiyalarına aiddir:
Sığorta fəaliyyətinin həyata keçirilməsi üçün sığortaçılara lisenziya
verilməsi
Sığortaçıların və sığortaçıların birliklərinin vahid Dövlət reyestrinin, eləcə
də sığorta brokerlərinin reyestrinin aparılması;
Sığorta tariflərinin əsaslandırılması və sığortaçıların tədiyyə qabiliyyətinin
təmin edilməsi üzərində nəzarət;
Sığorta fəaliyyəti haqqında sığorta ehtiyatlarının, göstəricilərinin və sığorta
əməliyyatlarının uçotu formalarının və hesabının formalaşması və yerləşməsi
qaydalarının müəyyən edilməsi;
Qanunla müəyyən edilmiş qaydada sığorta fəaliyyəti məsələlərinə adir
normativ və metodik vəsaitlərin hazırlanması;
Sığorta fəaliyyəti təcrübəsinin ümumiləşdirilməsi və sığortaya dair ölkə
qanunvericiliyinin inkişafı və təkmilləşdirilməsi üzrə təkliflərin müəyyən olunmuş
qaydada hazırlanması və təqdim edilməsi.
Sığorta fəaliyyyəti üzərində dövlət nəzarətinin həyata keçirilməsi sığorta
bazarının bazar prinsiplərinə və mövcud qanunvericiliyə uyğun formalaşmasına və
həyaa keçirilməsinə imkan yaradır, fəaliyyət prosesində yol verilən qanun
pozuntularının qarçısını almağa imkan verir, onun bazar prinsiplərinə uyğun
inkişaf etdirilməsinə şərait yaradır.
Ümumiyyətlə isə qeyd etmək lazımdır ki, sığorta bazarı məhsul bazarından
fərqli olaraq bir sıra səciyyəvi xüsusiyyətlərə malikdir və bu xüsusiyyətlər onun
sosial-iqtisadi təbiətindən irəli gəlir.
Dostları ilə paylaş: