55
- seçilmiş hər bir sığorta növü üzrə qaydaların hazırlanması;
- sığorta xidmətlərinin bazara çıxarılması üçün təşkilati,
texniki və maliyyə
şərtlərinin təmin olunması.
Şirkətlər ənənəvi sığorta növləri və eləcə də yeni formalaşmış sığorta növləri
üzrə məhsullarla bazara girə bilərlər və digər bazar subyektləri kimi oxşar və ya
eyni məhsulla bazara çıxırlarsa, bu zaman bu məhsulun hazırlanmasında alıcıların
tələblərinə uyğun olaraq geniş planda dəyişikliklər edilməlidir.
Çünki
rəqabətqabiliyyətlilik səviyyəsini artıraraq bazarda üstünlük qazanmaq üçün təklif
edilən məhsulun digər məhsullardan fərqlənən xüsusi özəllikləri olmalıdır. Eyni
zamanda qeyd etməliyik ki, sığorta məhsulu dörd mərhələdən ibarət həyat dövrü
ərzində bir sıra dəyişikliklərlə müşaiət olunur:
1) yeni sığorta növlərinin müştərilərə tanıdılması;
2) bağlanmış sığorta müqavilələrinin sayının artımı;
3) stabilləşmə;
4) mövcud sığorta xidmətinə tələbin azalması.
Birinci mərhələdə şirkət bazara yeni məhsul çıxarır. Yeni məhsulun satış
həcminin artırılması çoxlu vaxt və güc sərf edilməsinə baxmayaraq sığorta
şəhadətnamələrinin satış həcmi nəzərdə tutulan qədər çox olmur.
Bu mərhələdə
məhsulun tanıdılmasına, reklama və satış kanallarının yaradılmasına böyük
həcmdə maliyyə vəsaiti xərcləndiyindən bu dövr ərzində minimal həddə gəlir əldə
edilir.
İkinci mərhələdə əgər bazara çıxarılan məhsul alıcıların maraqlarına cavab
verərsə, gəlirlərin həcmi və uyğun olaraq sığorta şəhadətnamələrinin satışı
əhəmiyyətli dərəcədə yüksələrək maksimal həddə çata bilər.
Üçüncü mərhələdə rəqib sığortacılar tərəfindən
bazara təklif olunan və öz
seqmentində möhkəmlənmiş məhsula qismən və ya tam oxşar analoji məhsullar
bazara çıxarıldığından məhsula olan tələbat azalmağa başlayır. Toplanan sığorta
haqlarının miqdarı əhəmiyyətli dərəcədə azalır. Bu mərhələdə müxtəlif
metodlardan istifadə etməklə mövcud xidmət növü təkmilləşdirilməlidir. Məsələn:
56
tarif dərəcələrinin aşağı salınması,
müxtəlif güzəştlər, endirimlər potensial
müştəriləri tapmaq və s. bu üsullara misal ola bilər.
Dördüncü mərhələdə isə mövcud sığorta növü üzrə gələn sığorta haqlarının
hədsiz azalması və hətta dayanması müşahidə olunur. Bu hal bir neçə səbəbdən baş
verə bilər. Məsələn: sığortaçıların tələblərinin dəyişməsi,
rəqabət qabiliyyətsizliyi
və s. Ona görə də şirkət bazara çıxarkən hansı məhsul üzrə tələbin tam
ödənilmədiyini və təklif etdiyi məhsulların hansı həyat dövrünü yaşadığını
müəyyən etməlidir.
Dostları ilə paylaş: