Fəsil III. Azərbaycan Respublikası sığorta bazarında rəqabətin marketinq prinsipləri əsasında təkmilləşdirilməsi perspektivləri………………..59 3.1.Sığorta bazarının marketinq kompleksinin işlənib hazırlanması…….59 3.2. Marketinq qərarları əsasında sığorta bazarının inkişaf istiqamətləri…68
Nəticə və təkliflər……………………………………………………………….77 Ədəbiyyat siyahısı………………………………………………………………80
3
GİRİŞ Mövzunun aktuallığı. Azərbaycanda xidmət sahələrinin ən vacib
istiqamətlərindən biri də sığorta bazarıdır. Azərbaycanda sığorta bazarı 1990–cı
illərdən başlayaraq formalaşmaqda və inkişaf etməkdədir. Son dövrlərdə ölkənin
sığorta şirkətlərinin fəaliyyətində və ümumilikdə sığorta bazarının inkişafında
sığorta marketinqinin rolu və əhəmiyyəti xeyli artmışdır. Sığorta marketinqinin
tətbiqi bu bazarın inkişafını təmin edən əsas şərtlərdən birinə çevrilmişdir.
Sığorta marketinqi sığorta şirkətlərinin fəaliyyətində müstəqil bir istiqamət
kimi inkişaf etmiş ölkələrdə keçən əsrin sonlarında, 1970-ci illərdən başlayaraq
meydana gəlmişdir və bu gün həmin ölkələrin sığorta bazarının inkişafında
olduqca mühüm rol oynayır. Azərbaycanda sığorta marketinqi 2000-ci illərdən
tətbiq olunmağa başlamışdır. Sığorta şirkətləri tərəfindən bu məsələyə kifayət
qədər diqqət yetirilməsə də, sığorta bazarının inkişafına onun təsiri çox böyükdür.
Sığorta marketinqi biznesin fəlsəfəsi kimi çıxış edir, sığortaçıların praktiki
fəaliyyətində tətbiqi onların fəaliyyətinin səmərəliliyini yüksəldir, sığortaçılarla –
sığortalılar arasında iqtisadi – maliyyə münasibətlərinin optimallaşdırılmasını
tımin edir.
Hal hazırda digər sahələrdə olduğu kimi bu bazarda da güclü rəqabət şəraiti
formalaşmaqdadır. Sığorta sahəsində fəaliyyət göstərən müəssisələr rəqabətə
dözmək, bazar mövqeyini qoruyub saxlamaq və daha da gücləndirmək məqsədilə
marketinq strategiyalarını tətbiq etmək və daima təkmilləşdirmək məcburiyyətində
qalırlar. Azərbaycanda sığorta bazarının formalaşması və inkişafının özünə məxsus
spesifik xüsusiyyətləri mövcuddur. Bu xüsusiyyətlərin öyrənilməsi və fəaliyyət
zamanı nəzərə alınması çox vacibdir.
Qeyd edilənlər belə bir nəticəyə gəlməyə imkan verir ki, Azərbaycan
Respublikasında təsərrüfat subyektlərinin, o cümlədən, sığorta müəssisələrinin
rəqabətqabiliyyətliliyinin
yüksəldilməsi problemlərinin müəyyənləşdirilməsi
xüsusi aktuallıq tələb edir. Bu istiqamətdə aparılan tədqiqat işləri nəinki dövlətin
təsərrüfat subyektlərinin rəqabətqabiliyyətliliyinin yüksəldilməsi sahəsində
yürüdülən iqtisadi və sosial siyasətin elmi cəhətdən əsaslandırılması, eləcə də
4
təsərrüfat subyektlərinin rəqabət mübarizəsində nəzərə almalı olduqları
xüsusiyyətləri və istifadə edə biləcəyi strategiyaların hazırlanması baxımından
faydalı ola bilər. Qeyd olunanlar dissertasiya işinin aktual bir mövzuya həsr
olunduğunu göstərir.